Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
9-01-2021, 12:50
107

Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib

Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Saatlı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla, Səidə Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitini mənimsənilməsinə dair razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Cəməsəddin Əhmədov və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əmək haqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Saatlı rayonu Qara Nuru kənd Həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əmək haqqı köçürülməsi yolu ilə 2 min 646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Səidə Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

Oxşar xəbərlər

Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Daha bir sabiq məmura cinayət işi açıldı
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Baş həkim həbs edildi
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Axtarışda olan şəxslər saxlanılıblar
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
İcra başçısının həbs müddəti artırılır
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
“AzGold” MMC-nin rəhbəri həbs edilib
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Zeynəb Xanlarovanın bacısı oğlu haqda rəsmi açıqlama: “Qadınları aldadaraq...”
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
Biləsuvarda qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib