Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı
9-01-2021, 13:26
99

Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı

Saatlı rayon Mərkəzi Xəstəxanasının direktorunun barəsində olan cinayət işinin materialları məhkəməyə göndərilib.

Saatlı rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla, Səidə Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq Cəməsəddin Əhmədov və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əmək haqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, Saatlı rayonu Qara Nuru kənd Həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əmək haqqı köçürülməsi yolu ilə 2 min 646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Səidə Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

Oxşar xəbərlər

Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Arvadını xüsusi amansızlıqla qətlə yetirən ər saxlanılıb
Azərbaycanda DƏHŞƏT: Oğul anasını bıçaqladı
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Daha bir sabiq məmura cinayət işi açıldı
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Baş həkim həbs edildi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Saatlıda oğurluq edənlər tutuldu - FOTO
Saatlıda koronavirus xəstəsinə tibbi yardım göstərilmir - GİLEY
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Biləsuvarda qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Bərdədə körpə ölü doğuldu, ginekoloq məhkəməlik oldu
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
Axtarışda olan şəxslər saxlanılıblar
Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
Sabiq icra başçısı və birinci müavininin məhkəməsi başlayır
İcra başçısının həbs müddəti artırılır
Azərbaycanda kişi tanışı tərəfindən BIÇAQLANDI
Baş həkim koronavirusdan vəfat etdi