“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ
9-01-2021, 16:09
77

“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ

“Azərxalça” ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib.
Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Belə tədbirlərdən biri kimi “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq
“Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranmışdır.
Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.
Habelə, Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.
09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Direktor rüşvətə görə həbs edildi
Baş həkim həbs edildi
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Bələdiyyə sədrinə cinayət işi açıldı
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
"Azərxalça" ASC-nin tender "ilməsi" - 110 min manat nəyə xərclənib?
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Zeynəb Xanlarovanın bacısı oğlu haqda rəsmi açıqlama: “Qadınları aldadaraq...”
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi - Video
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Son 6 gündə 110 kq-a yaxın narkotik dövriyyədən ÇIXARILIB
Şirkət direktoruna cinayət işi açıldı