Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – İddia + Səs yazısı
11-01-2021, 11:59
54

Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – İddia + Səs yazısı

Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi avtomobilinin ön şüşəsi tünd olan sürücüdən 150 manat rüşvət alıb.

Teref.az xəbər verir ki, bununla bağlı sürücü Samid Əliyev Mubahise.az-a müraciət edərək bildirib ki, dekabrın 29-da onun idarə etdiyi “Toyota Prado” markalı 90 DS 303 nömrəli avtomobil “YP 476” nömrəli xidməti avtomobildə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Ona bildirilib ki, maşının ön şüşəsi tündür və buna görə avtomobil cərimə meydançasına yerləşdirilib. On gün maşın orada qalsa da, ona cərimə protokolu tərtib edilməyib.
S.Əliyev qeyd edib ki, bu avtomobili eyni şüşə ilə 2012-ci ildən bəri idarə edir və bu günədək dəfələrlə texniki baxışdan keçirilib: “Əgər maşının ön şüşəsi tnüddürsə, məni niyə texniki baxışdan keçiriblər?”

S.Əliyev bildirib ki, protokoldan şikayət etmək üçün 10 gün gözləsə də, ona bu barədə məlumat verilməyib və protokol tərtib edilməyib.

Sürücü iddia edib ki, yanvarın 7-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib və 5-ci otaqda xidmət edən polis əməkdaşı Arzuman Arzumanlı ondna əvvəlcə 300 manat tələb edib. Daha sonra isə 150 manata razılaşıb və 150 manat rüşvət alaraq maşının ön şüşəsi dəyişdirilmədən, cərimə protokolu tərtib edilmədən cərimə meydançasından buraxılıb.

S.Əliyev bununla bağlı qeydə aldığı səs yazılarını da redaksiyamıza təqdim edib.



Oxşar xəbərlər

Avtomobillərin texniki baxışı ilə bağlı xəbərdarlıq
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Sürücülərin nəzərinə: Əgər karantin vaxtı texniki baxışla bağlı SMS gəlibsə...
Bakıda sürücü yol polisinə rüşvət verib? - RƏSMİ + VİDEO
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
Bakıda sərxoş qadın polisləri hədələdi
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Bakıda "protiv" sürüb keçiddə piyadanı vuran "Porsche" sürücüsü kimdir? - VİDEO
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
Saxtalaşdırılan avtomobil nömrələri, kriminal qüvvələr: - “Polisə xəbər verin”
Azərbaycanda 5662 sərxoş sürücü saxlanılıb
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
“Xalq Sığorta” Mərkəzi Bankı necə aldadır? - Unikal üsul
Sürücü nömrəni saxtalaşdırdı, cərimələr müğənniyə gəldi – DYP-dən AÇIQLAMA
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - YENİLƏNİB
Cəbrayılda komendant rejimini pozan şəxslər saxlanılıb
Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - FOTO
Polisin əmrinə tabe olmayan “KamAz” sürücüsü tutuldu - FOTO
Tolik əsgərə aldığı avtomobildən danışdı: + Video
Bakıda qadın sürücü 6 qat dünya çempionu olan polisi xəstəxanalıq etdi — FOTO
Yol polisi SMS almış sürücülərə müraciət etdi
Bu sürücülər 400 manat cərimələnəcək
Sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - DİN-dən açıqlama
Karantin cərimələrini ödəməyənlərin əmlakına həbs qoyulacaq - RƏSMİ
Bakı sakini döyülərək avtomobili əlindən alınıb
Bərdə Yol Polisi Postunda şəhid ailəsi üzvündə 200 manat rüşvət tələb olunub- FOTO
Şabranda 9 velosipedçi cərimələndi
Yol polisləri qaydaları belə pozdu - VİDEO