Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
12-01-2021, 13:04
204

Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru Ələfsər Bəxtiyar oğlu Məmmədov ömrünün 68 yaşında dünyasını dəyişib.
AMEA-dan bildirilib ki, Ələfsər Bəxtiyar oğlu Məmmədov 4 yanvar 1952-ci ildə Şəkidə anadan olub. 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya fakültəsini bitirib. 1973-1977-ci illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) əyani aspiranturasında təhsil alıb. Ə.Məmmədov o vaxtdan ömrünün sonuna qədər bu institutda işləyib. 1980-ci ildə kimya üzrə fəlsəfə, 1994-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Alim elmi fəaliyyətlə yanaşı, müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində, eləcə də 2011-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbin Tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.
Ə.Məmmədov müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının, Radiasiya Problemləri İnstitutunda Elmi seminarın, Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi seminarın üzvü olub.


Oxşar xəbərlər

Azərbaycanda institut direktoru vəfat etdi
Təhsil nazirindən yüksək vəzifəyə təyinat - FOTO
AMEA-nın alimi koronavirusdan vəfat etdi
AzTU-nun professoru vəfat edib
Bir gündə AMEA-nın iki alimi dünyasını dəyişdi
Kafedra müdiri koronavirusdan vəfat edib
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib - Foto
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
ADPU-nun dosenti vəfat etdi
Professor Kamran Əliyev vəfat etdi
Həbs olunan "Azərxalça" ASC-nin sədri Vidadi Muradov kimdir? - DOSYE
Baş direktorun müavini koronavirusdan vəfat etdi
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq
Ölmüş alim hələ də AMEA-da “işləyir” - FOTOFAKT
Azərbaycanın Əməkdar artisti vəfat etdi (FOTO)
Ramiz Mehdiyev İsa Həbibbəylini də vəzifəsindən azad etdi
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Xalq artisti vəfat etdi
BDU-nun dosenti vəfat etdi
AMEA-nın iki institutunun direktoru İŞDƏN ÇIXARILDI
Ramiz Mehdiyev ağ xalatda - baş onkoloq AMEA-ya gəldi və...
Bu gün Heydər Əliyevin ANIM GÜNÜDÜR
GDU ilə bağlı Ali Attestasiya Komissiyasına MÜRACİƏT OLUNDU - İTTİHAM