Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY
12-01-2021, 13:39
52

Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY

Lerikdə yaşayış evləri torpaq sürüşməsinə məruz qalıb.

Lerikin ən ucqar dağ kəndlərindən biri olan Veri Əliabadı kəndində torpaq sürüşməsi nəticəsində 10-a yaxın ev qəzalı vəziyyətə düşüb. Əsasən çay boyunca 1 km-ə yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib. Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Bu da kənddə yaşayan ailələrin çoxunu haqlı olaraq narahat edir.

Kənd sakinləri Hurriyyet.org-a bildirib ki, dəfələrlə aidiyyatı qurumlara məlumat versələr də məsələ həllini tapmayıb. Kənd sakini Ozal Alxasov hər an ölüm təhülkəsiylə üz-üzə qaldıqlarını bildirib:
“Biz aidiyyəti orqanlara məlumat vermişik, bizim evlərimiz çox qəzalı vəziyyətdədir. Dəfələrlə də müraciət etmişik, gəlib baxıblar, rəylər də veriblər ki, həqiqətən də bu evdə yaşamaq olmaz. Bir evdə 9 nəfər ailəyik. Yarısını göndərmişəm, sadəcə təsərrüfatıma görə qalmışam mən bu evdə uşağımla. Qorxuruq da, bu evdə hər an təhlükə ola bilər, ölümlə üz-üzəyik. Bizə kömək eləsinlər, bir təhər vəziyyətdən çıxarsınlar. Sürüşmə tamamilə aktivləşib. 50 metr qalıb sürüşmənin evə çatmağına. 2 meyvə ağacım sürüşüb gedib çaya tərəf”.

Veri Əliabadı kəndi dəniz səviyyəsindən təxminən 160 m hündürlükdə yerləşir. Burada 80-ə yaxın ev var. Torpaq sürüşməsi nəticəsində ümumilikdə 20-dən çox tikilidə irili-xırdalı çatlar yaranıb.

Kənd sakini Zahid Orucovun evi qəzalı vəziyyətdə olduğundan ailəsini köçürtmək məcburiyyətində qalıb:

“Evimizin qəzalı vəziyyətdə olmağına görə müraciət eləmişik dəfələrlə aidiyyəti qurumlara, hələlik bir səs-soraq yoxdur. Gəlib yoxlayıblar, baxıblar, çəkiliş aparıblar, məktublar yazıblar. Bu evdə yaşamaq mümkün deyil. Uşaqları da buradan köçürmüşəm. Oğlumu gəlinim və uşaqlarla köçürmüşəm. İndi siz gəlib baxa bilərsiniz, çəkiliş aparırsınız, görürsünüz faktdır. Haradasa, 20-30 sm-dir hər çatın eni”

Kənd icra nümayəndəliyindən Hurriyyet.org-a bildirilib ki, aidiyyatı orqanlara məsələ ilə bağlı məlumat verilib. İcra nümayəndəsi Allahverən Məmmədov açıqlamasında qəzalı evlərlə bağlı rəsmi qurumlara müraciət olunduğunu deyib:

“Sürüşmə və qəzalı evlərlə bağlı vətəndaşlar tərəfindən mənə müraciət olunub. Mən də gəlib yerində araşdırma aparmışam. Bu barədə akt tərtib edib, Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komisiyasına təqdim etmişəm. Qurum tərəfindən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciətlər olunmuşdur. FHN və ETSN-dən mütəxəssislər gəlib yerində araşdırma aparıblar, sənədlər tərtib etmişlər. Biz də bu barədə vətəndaşlara qəzalı evlər haqqında məlumat vermişik, rəsmi şəkildə məktub da yazmışam ki, müvəqqəti olaraq evlərini tərk edib, qohumlarının yanında yaşasınlar”.

Evlərinin hər an uçmaq təhlükəsi olan kənd sakinləri tezliklə aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edirlər.
Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY

Oxşar xəbərlər

Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb - Video
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Kürdəmirdə ilanlar evlərə və həyətlərə hücum edib
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Nazirin NƏZƏRİNƏ: Bu kənddə təhsil almaq imkansızdır... - NƏ ETSİNLƏR?
Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY
Mərdan Camalov üçün sakinlərin dərdi dərd deyil... - GİLEY
Lerik sakinlərini narazı salan kimlərdir? - GİLEY
Şirin su xətti çirkab su altında: Bakıxanovlular təhlükə qarşısında (ŞİKAYƏT)
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
Bakıda XIV əsrin unudulan tarixi: Gizli tunel, şirin su quyusu, mayak...
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
Bu kəndin məktəbliləri pandemiyada bir dəfə də olsun təhsil üzü görməyiblər... - Kənddə telefon xətti belə yoxdur...
Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY
Neftçala sakinləri çarəsiz durumda - GİLEY
"Evdə özünü müalicəyə ehtiyac yoxdur" - Şahmar Mövsümov
ABŞ-da təyyarə evin üstünə düşdü: Üç nəfər öldü
Qubada evdə partlayış olub, xəsarət alanlar var
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Göyçay sakinləri başçıdan giley edir - VİDEO
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? - VİDEO
Bakıda bu binalar söküləcək
Zaur Şuşadakı evini göstərdi - Video
Ər-arvad dəm qazından zəhərlənib öldü
Düşmənin atdığı mərmi Ağdamda evə düşdü
Evdə qumar oynayanlar cərimələndi
Tikinti sektorunu axsadan qərarlar... - Yenidən baxılmalıdır...