"Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi - VİDEO
12-01-2021, 13:59
243

"Akkord”un sabiq rəhbəri xristianlığı qəbul etdi - VİDEO

Qalmaqallı iş adamı, MDB məkannında ən odioz biznesmenlərdən biri kimi tanınan, “İnterpol”un xətti ilə axtarışa verilən İlqar Hacıyevin sorağı artıq ABŞ-dan gəlir.

Yenicag.az-a daxil olan ilginc videomaterialda artıq bir müddətdir, ABŞ-da məskunlaşan İlqar Hacıyevin xaç suyuna salınma mərasimindən görüntülər əks olunub. Həmin görüntülərdə rusdilli keşiş xristianlığı qəbul edən Hacıyevə “xeyir-dua” verir.

Qeyd edək ki, İlqar Hacıyev uzun müddət Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan, eyni zamanda, təqribən 10 il ərzində əsas dövlət tenderlərinin qalibi olaraq, nəhəng obyektlərin, avtomobil yollarının, tunellərin və yaşayış massivlərinin inşasını həyata keçirən “Akkord” Şirkətlər Qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

“Akkord” vaxtilə inşaat sektorunda hegemonluq etməklə yanaşı, həm də müxtəlif təyinatlı tikinti materiallarının istehsalı ilə məşğul olub. Bundan başqa, “Akkord”un xüsusi təyinatlı texnika ilə təchiz edilmiş avtoparkı MDB məkanında ən böyük parklardan biri sayılırdı. Şirkət həmçinin Rusiya, Qazaxıstan, Moldova və başqa ölkələrdə də irimiqyaslı tikindi sifarişlərini yerinə yetirib.

“Akkord”un inşa etdiyi Bakı-Quba beton yolu ilə əlaqədar yaranmış səs-küylü qalmaqaldan sonra vergi və başqa dövlət qurumları şirkətdə davamlı yaxlamalar apardılar. Yayılan məlumatlara görə, “Akkord” müqavilə öhdəliklərini yerinə yetirməmək, səhlənkarlıq, vergidən yayınma və digər qanun pozuntularına görə bir bir neçə böyük məbləğdə cərimə də olunmuşdu.

Yaşanan qalmaqallardan sonra postunu itirən İlqar Hacıyev ölkəni tərk etdi. Qeyd olunur ki, o, xaricə getdikdən sonra “Akkord”un Qazaxıstan və Moldovada həyata keçirdiyi tikinti layihələrinə rəhbərlik edib, bir müddət sonra isə Moskvaya köçüb.

Maraqlıdır ki, son illərdə Rusiyada İlqar Hacıyevin adı bir neçə dəfə maliyyə fırıldaqlarında və məhkəmə çəkişmələrində hallanıb. 2019-cu il mayın 19-da isə sdi.international saytında İlqar Hacıyevin adından Rusiya prezidenti Vladimir Putinə müraciət yayımlandı. Hacıyev bu müraciətində Rusiyadakı biznesinin “üçüncü şəxslər tərəfindən” ələ keçirildiyini, həmin adamların arxasında isə milyarder Qod Nisanovun dayandığını iddia edirdi.

Lakin bir qədər sonra məlum oldu ki, Hacıyev artıq neçə aydır, Rusiyanı tərk edərək, Avropada gizlənir. Hacıyevin bu müraciətindən o da məlum oldu ki, 2019-cu il aprelin 24-də Rusiya Daxili İşlər Nazirliyi (DİN) Qərb İnzibati Dairəsinin əməkdaşdaşları “SDİ Group” tikinti şirkətinin (İlqar Hacıyevə məxsusdur) Moskvanın Kutuzov prospektində yerləşən ofisində yoxlama aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama zamanı ofisdəki sənədləri, şirkətin möhürünü və avadanlıqları götürərək, şirkətə məxsus bank hesablarını dondurublar. O vaxtdan bəri şirkətin fəaliyyəti demək olar, tam dayandırılıb.

Hacıyev bildirib ki, o və ailəsi hələ 2019-cu ilin yanvarında Moskvanı tərk edib. O, Putinə müraciətində təhdid edildiyini və həyatı üçün narahatlıq keçirdiyini də vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanın iki tanınmış şirkəti məhkəmə qarşısında
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var
Füzuli-Şuşa yolu ilə bağlı yeni AÇIQLAMA
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
“İnterpol”un axtarışa verdiyi azərbaycanlı Kanadada tutuldu
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib - Fotolar
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Həbs olunan bank sədrinin xaricdəki əmlakları üzə çıxdı
İsmayıllıda tender müəmması... - İLGİNC FAKTLAR
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
Səfər Mehdiyevin "As İnşaat-N" sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Zərdabın icra başçısından şübhəli gedişlər... - İTTİHAM
Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Polis əməkdaşına zor tətbiq edən şəxs saxlanıldı
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR