Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
12-01-2021, 21:03
161

Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
"Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin".
Qeyd edək ki, Ə.İsmayılov 6 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1987-1997-ci illərdə paytaxtın 54 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim olaraq başlayıb. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi işləyib. 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində işləyib. 2018-2020-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.
2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının "Dənizçilər” ilk ərazi təşkilatının sədri olub. 2019-cu ildən Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli 1969 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.
Ailəlidir, bir övladı var.

Oxşar xəbərlər

KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Faiq Ağayev sədr müavini təyin olundu
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Energetika Nazirliyində yeni təyinat
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
Heydər Əliyev Sarayına direktor təyin olundu (FOTO)
İlham Əliyev onu mədəniyyət naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Təhsil nazirindən yüksək vəzifəyə təyinat - FOTO
Prezident “ASAN xidmət”in əməkdaşlarını təltif etdi
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Prezident onlara fəxri adlar verdi
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
İlham Əliyevdən yeni SƏRƏNCAM
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi - FOTO
Təhsil Nazirliyində yeni təyinat olub
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
"Yelo Bank"da yeni baş direktor təyin olunub
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Xalq artisti vəfat etdi
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
Mikayıl Cabbarovdan yeni təyinat
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN