Bakıda "general" həbs edildi
24-09-2019, 11:00
10 823

Bakıda "general" həbs edildi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı  (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb.
Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.
F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb. 
Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və  320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda F.Ələkbərovun cinayət əlaqələrinin müəyyən edilməsi  istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Seyfulla Əzimov general-leytenant oldu - SƏRƏNCAM
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib
Balakəndə narkotacir tutuldu - FOTO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Bakıda avtomobildən oğurluq edildi
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
DİN-dən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
Avtomobillərdən akkumulyator oğurlayan Bakı sakini ələ keçdi
Polis əməkdaşı qadına qarşı dələduzluq edib? – Foto
Bakıda “Topaz”a oyuncaq tapanca ilə basqın olundu
Bərdədə narkotacirlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb - VİDEO
DİN-dən əməliyyat: Silsilə oğurluq edən keçmiş məhkumlar tutuldu
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Səbaildə narkotacir saxlanılıb - Foto
SON DƏQİQƏ: Vilayət Eyvazov İnterpolun rəisi olan GENERALI İŞDƏN ÇIXARDI
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Televizor oğruları tutuldu - FOTO
Qanunsuz silah gəzdirən keçmiş məhkum yaxalandı
Mirqafar Seyidova yeni müavin təyin edildi
Vilayət Eyvazov onu rəis müavini təyin etdi
Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı
Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ
“İnstagram”da narkotik təbliğ edən şəxs həbs edildi - Video
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - Foto
Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi