İslam Qurbanovun başı dərddə - “Azərxalça“ ASC-də istintaq davam edir
13-01-2021, 11:35
45

İslam Qurbanovun başı dərddə - “Azərxalça“ ASC-də istintaq davam edir

"Azərxalça" ASC-də həbslər davam edə bilər.

Sosial şəbəkələrdə yayılan məlumata görə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədr müavini İslam Qurbanov da istintaqa cəlb edilə bilər.

İslam Qurbanov prezidentin 2016-ci il 21 iyun tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini təyin olunub.

İslam Qurbanovun atası Səfər Qurbanov Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır.

2020-ci ilin mart ayında İslam Qurbanov Manteneqroda "Balsa Group" adlı şirkət açıb. İ. Qurbanov şirkətin direktorudur. Portonovi kurortunda yaradılan şirkət sərnişinlərin gəmilərlə daşınması ilə məşğuldur.

İslam Qurbanov "Azərxalça" ASC-yə sədr müavini təyin edilməzdən əvvəl 2012-2016-cı illərdə "Türkan Marine" MMC-nin baş direktoru vəzifələrində çalışıb.

20 manat nizamnamə kapitalı ilə yaradılan şirkətin əvvəlki adı "İs Marine" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Hüquqi ünvanı Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 5, məhəllə 616 ünvanında yerləşən şirkət ÜNesey" markalı kiçik və orta ölçülü kater və yaxtaların satışı ilə məşğul olub.

Qeyd edək ki, “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Muradov Vidadi Aydın oğlu yanvar ayının 9-da həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə Vidadi Muradov qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə, Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır. 09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.(AzFakt.com)

Oxşar xəbərlər

Vidadi Muradov vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlqar Qurbanov vəzifəsindən azad edildi
Daha bir şəhid oğluna atasının adı qoyuldu - Video
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?
Sübahir Qurbanov əfv edildi
Professora TƏBİB-də vəzifə verildi - Foto
Həbs olunan “Azərxalça” şefinin BİZNES ORTAQLARI... - Onların da İŞİ YAŞDIR...
"Azərxalça" ASC-nin tender "ilməsi" - 110 min manat nəyə xərclənib?
“Azərxalça”nın rəhbəri HƏBS EDİLDİ
Həbs olunan məmurun oğlu polis rəisidir
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...
"Heç bir maddi yardım gözləməyin..." - NARAZILIQ!
Mikayıl Cabbarovdan yeni təyinat
Həbs olunan "Azərxalça" ASC-nin sədri Vidadi Muradov kimdir? - DOSYE
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
Azərbaycan futbolunda kryoz: Baş məşqçinin yeni transferdən xəbəri olmayıb
Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib - Foto
Azərbaycanda ata qızını güllələyib özünü öldürdü
“Günay Bank”a yeni sədr təyin edildi
Həbs edilən Vidadi Muradovun oğlu vəzifəsindən istefa verib? - AÇIQLAMA
Sonuncu döyüşü Qubadlıda oldu: Tatmidən cəbhəyə - VİDEO
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
Ceyhun Bayramov Pakistana səfər edəcək
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
Vidadi Muradovun xalçanın altına yığdıqları
Bakıda dəhşətli qətl: Dostuna bıçaqla...
“Günay Sığorta”da yeni TƏYİNAT
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə