Qəbələnin icra başçısı milyonları kimə həvalə edir? - İLGİNC FAKT
13-01-2021, 12:29
44

Qəbələnin icra başçısı milyonları kimə həvalə edir? - İLGİNC FAKT

2020-cu ildə Qəbələ rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 4 milyon 309 min 094 manat məbləğində 10 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 8 tenderə 4 milyon 309 min 094 manat xərcləyib. Qəbələ Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "Baku Building" MMC (2 milyon 658 min 820 manat) olmuşdur.

Qəbələ Rayon Mərkəzi Xəstəxanası 2020-ci ildə 10 tender keçirib ki, qaliblərə 185 min 729 manat ödənilib. Ən böyük tenderin qalibi “Kripto lab” MMC olmuşdur.

Dia.az 2020-cu ildə Qəbələ Rayonunda keçirilən tenderləri təqdim edir.

Qeyd edək ki, Qəbələ rayon icra hakimiyyətinin böyük məbləğdə büdcə vasitini - 2 milyon 658 min 820 manatı həvalə etdiyi "Baku Building" MMC bu RİH üçün heç də yabanşı hesab oluna bilməz.

DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, Qəbələdə "Baku Building" MMC buna qədər də böyük vasitləri "ələ keçirməyə müvəffəq olub". Belə ki, təkcə elə keçən il Qəbələ Rayon İcra Hakimiyyəti ilə “Baku Building” MMC arasında 3 milyon manatlıq müqavilə bağlanıb.

Bildirək ki, “”Baku Building” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Samir Hüseynovdur.

Yəni aydın olanı odur ki, yeni yaranmış hesab olunan bu şirkət artıq milyonluq tenderləri asanlıqla "ələ keçirmək" iqtidarındadır.

İddia olunanlarla bağlı diaş.az olaraq bütün maraqlı tərəflərin mövqelərini uişıqlandırmağa hazırıq...

Oxşar xəbərlər

Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Qubada dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Ağdaşda büdcə pulları belə dağıdılır... - SİYAHI
Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Yardımlıda rəsmən TALAN VAR... - İLGİNC FAKT
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Balakəndə büdcə pulları kimin cibinə axır... - İLGİNC
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
Ağstafa icra hakimiyyətinin şübhəli ortaqları... - Yeni başçı da köhnə başının yolu ilə gedir...
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
Gədəbəyin icra başçısının müəmmalı ortaqları... - İLGİNC
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Qazaxda tenderlərin "çempionu" yenə qalib çıxdı - "AZƏRTRANSS" MMC-nin Qazaxda milyonluq tenderləri ...
Şamaxıdan Beyləqana gəldi, indi də buraları dağıdır... - FAKTLAR
Ucarda tenderləri kimlər udur? - İLGİNC FAKTLAR
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Qəzənfər Ağayev yarım milyonu kimə həvalə edib? - Eldar Mahmudov da onu tutdurubmuş...
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender