"1xBet“ bukmeyker kontorunu hansı məmur himayə edir?
14-01-2021, 11:08
52

"1xBet“ bukmeyker kontorunu hansı məmur himayə edir?

Azərbaycanda son illər internet üzərindən gizli, qanunsuz mərc oyunları həyata keçirən şirkətlərin sayı artmaqdadır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qanunsuz olaraq müxtəlif yollarla Azərbaycan ərazisində fəaliyyət göstərirlər.

Belə şirkətlərdən biri də "1xBet" bukmeyker kontorudur.

"1xBet" bukmeyker şirkətinin ölkəmizdə açıq şəkildə qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, aidiyyatı qurumlar şirkətin əməlləri barədə heç bir müvafiq addım atmır. AzFakt.com-a daxil olan məlumata görə "1xBet" bukmeyker şirkətinin qanunsuz olaraq ölkədə fəaliyyət göstərməsinin səbəbi yüksək vəzifəli məmurlardan birinin himayəsi altında fəaliyyət göstərməsi ilə bağlıdır.

Bildirək ki, Azərbaycanda yeganə rəsmi bukmeyker "Topaz" şirkətidir.

Ancaq son illər ölkədə gizli fəaliyyət göstərən "1xBet" və digər xarici bukmeyker kontorları "Topaz" şirkətinə ciddi rəqib olublar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə üç min manatdan dörd min manatadək məbləğdə cərimə tətbiq olunur. Həmçinin bu əməllər 50 min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və azadlıqdan mərhum etmə cəzası nəzərdə tutulur.

"1xBet"-in qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.

Oxşar xəbərlər

Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
Çayxanaya gedənlər cərimələndi - Foto
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı durmadan artır - İDDİA
Azərbaycanda  TOPAZ  kabusu dolaşır...-TOPAZA KİM NƏZARƏT EDİR?
"McDonalds"ın arxasındakı qurumdan AÇIQLAMA
Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - İLGİNC
Azərbaycanda dərman şirkəti bağlandı
Mətbuatda yayılan xəbərlər yanlışdır, məhkəməyə vermişik - İnvestAZ
“Ray club” qanunsuz fəaliyyət göstərirmiş
Ağsuda karantin qaydalarını pozan kafe aşkar edilib
İmişlidə karantin ancaq kiçik mağazalar üçündür? - Şəhərin mərkəzindəki Ticarət Mərkəzləri, böyük obyektlər niyə fəaliyyət göstərir? (FOTOFAKT)
Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Gizli fəaliyyət göstərən çayxananın sahibi və 7 müştəri cərimələndi
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Karantin qaydalarını pozaraq Qubaya gizli yolla daxil olan Şabran sakinləri saxlanılıb
“300 nəfər Livan ermənisi işğal altında olan…” - BBC
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Azərbaycanda əsgəri öldürərək qaçan və "Taliban"a qoşulan şəxsə ömürlük cəza verildi - MƏHKƏMƏ
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Adı “Nurgün” olan bir şirkətin qaranlıq əməlləri çoxmu davam edəcək?
İlham Əliyevdən yeni SƏRƏNCAM
TOPAZ müəmması davam edir - Gənclər və İdman Nazirliyinə 3 sual!
Bakıda qanunsuz işlərlə məşğul olan vəzifəli şəxslər SAXLANILDI
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…
Rusiyada yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Topaz müflis olub? - GƏLİŞMƏ
Cəlilabadda gizli fəaliyyət göstərən iki kafe aşkar edilib
Qaxda karantin qaydalarını pozan oyun zalı aşkar edilib