Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı
14-01-2021, 11:21
203

Qanunsuz işləyən qənnadı müəssisəsi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) paytaxtın Binəqədi rayonu, Biləcəri ŞTQ, Binəqədi şosesi, Yeni yaşayış massivi, Şimal küçəsi, döngə 4 ünvanında fəaliyyət göstərən unlu-qənnadı məmulatların istehsalı müəssisəsində antisanitar şəraitdə məhsulların istehsalı və satışı barədə məlumat daxil olub.
AQTA-dan verilən məlumata görə, daxil olan məlumat əsasında unlu-qənnadı məmulatların istehsalı müəssisəsinə baxış keçirilib.
Baxış zamanı müəyyən edilib ki, fiziki şəxs Çin Respublikası vətəndaşı Xuefeng Ye-ə  məxsus müəssisədə kustar üsulla “Bakı bulka” və “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsullarının istehsalı və satışı həyata keçirilir. İlkin baxış keçirilən zaman müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.
Yoxlama zamanı müəssisədə üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin düzgün qeyd edilmədiyi və qanunvericiliyin tələblərinin pozularaq məhsulların istehsal tarixinin 3-5 gün sonraya, saxlama müddətinin isə 72 saat olmasına baxmayaraq standartların və normativ texniki sənədlərin tələbləri pozularaq 30 gün qeyd olunur. Qanunsuz fəaliyyət göstərən müəssisədə 1850 ədəd qablaşdırmada “Bakı bulka” və 312 ədəd qablaşdırmada “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsulları aşkarlanıb və dövriyyədən çıxarılaraq satışı qadağan edilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Abşeronda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlandı - FOTO
Süd və saçaqlı pendir hazırlanan müəssisələrdə xoşagəlməz mənzərə - FOTOLAR
Yenə yararsız at satışı - Qarşısı alındı
"Mercedes"in ehtiyat hissəsində koronavirus aşkarlandı
DİN bu şəxslərə xəbərdarlıq etdi
31 obyektdə pozuntular aşkarlandı
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv edildi
Polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Sərt karantin rejimində bu sahələr fəaliyyət göstərəcək - SİYAHI
Fəaliyyətinə icazə verilən sahələrin SİYAHISI
Serbiya Rusiya istehsalı olan vaksinlərdən istifadə edəcək
“Black Star Burger Baku” qaydaları pozdu
Yeddi ay ərzində ölkədə araq və siqaret istehsalı artıb
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Gecə moteldə qətl - ər arvadını bıçaqla qətlə yetirib
29 ictimai iaşə müəssisəsi barəsində inzibati tədbirlər görülüb
DİN-dən partlayıcı məmulatlar satan şəxslərə XƏBƏRDARLIQ
İrəvanda Azərbaycan istehsalı kola satılır - Ermənilər qorxu içindədir...