Adi idarə rəisinin dodaq uçuqladan sərvəti…
14-01-2021, 12:30
69

Adi idarə rəisinin dodaq uçuqladan sərvəti…

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyev azad medianın ağzını tikən çox az sayda məmurlardan biridir. Bunu gəlişi gözəl söz kimi demirik. İlk baxışdan bu adam nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, Departament rəisidir.
Bu məqamda kim yada düşür?
Hansısa Lift idarəsinin müdiri Qüdrət Şükürovun qızına 450 min dollara toy etməsi düşür. Kim inana bilərdi ki, liftin müdirində bu qədər milyonlar var?
Bax, Mehrəliyev də elədir. Baxırsan, adi Departament rəisidr. Amma…
İndi gəlin görək, bu Departament rəisi hansı sahələrə baxıb?
Departamentin strukturuna 14 qurum daxildir. Onlardan bəziləri bunlardır: Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsidir.
Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq bağçaları, eləcə də, digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır.
Bəs bu adam bu vəzəfəyə necə gəlib?
Rəfael Mehrəliyevin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi postuna gətirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, məhkum həyatı yaşayan Vidadi Zeynalovun birbaşa dəstəyi ilə olub.
Rəfael Mehrəliyev də hər yerdə deyir ki, mən Vidadi Zeynalovu tanımıram.
Adam, sən Vidadi Zeynalovu necə tanımaya bilərsən, axı?
Sənin doğma qardaşın, Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynalovun dost-doğma yeznəsidir.
Və Vidadi Zeynalov Bakı Şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə səni təyin etdirib. Vəssəlam. Bu qədər sadə.
İndi gəlin, Rəfael Mehrəliyevin əmlakına bir nəzər salaq:
1. Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi.
2. Həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb
3. İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Rəşid yeznənlə bağlı obyektlər
4. Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt
Türkiyə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər var?
Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.
Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır.
Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.
Uluğ ailəsinin Azərbaycandakı layihəsi
“AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkəti 2010-cu ildə İstanbulda təsis olunub. Türkiyə reyestr məlumatlarına görə, şirkəti təsis edən Özcan Uluğ 2011-ci ilin yanvarında səhmlərinin bir hissəsini Rəfail Mehralıyevə ötürüb. Şirkətə qatılan R.Mehralıyevdən sonra Ö.Uluğ digər səhmlərini – həmin ilin mayında Almaz Səfərovaya verib.
Özcan Uluğ Türkiyədə inşaat sektorunda tanınan şəxslərdən biridir. Onun şirkəti əsasən yol işarələri, yolların xəritəsinin hazırlanması və onların müxtəlif avadanlıqlarla təmin olunması ilə tanınır.
Uluğ ailəsi Türkiyə mətbuatında Azərbaycanda da müxtəlif layihələri gerçəkləşdirdiklərini vurğulasa da, onların ölkəmizdəki fəaliyyəti haqda bilgi əldə etmək mümkün olmadı.
“Ulukar Holdinq”ə ünvanlanan sorğuya cavabda isə bildrilir ki, şirkət Dərnəgül yol layihəsini hazırlayıb. Araşdırma zamanı əldə olunan sənədlər də o da məlum oldu ki, Uluğlar Mehralıyevin ortağı Mualla Küfrevioğluyla daha bir ortaqlığa malikdir. Həmin ortaqlıqda da adı keçən azərbaycanlı var – Əyyub Məmmədov.
Daha bir milyonluq şirkət
R.Mehralıyevin daha bir milyonluq şirkəti isə “LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətidir. Şirkət 2012-ci ildə təsis olunub. Elə həmin il ölkə başçısı İlham Əliyev Mehralıyevi inşaat işçisi olaraq “Tərəqqi” medalı ilə təltif edib.
LEDA-nın nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın səhmlərinin dəyəri 800 min türk lirəsdir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik – Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir. Bu şirkət də İstanbulda təsis olunub.
Keçmiş polis rəisinin biznesi
Rəfail Mehralıyev qardaşı Mübariz Mehralıyevlə eyni ünvanda qeydiyyatdadırlar. M.Mehralıyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.
Mübariz Mehralıyevın həyat yoldaşı Gülnarə Mehralıyevanın da şirkətləri, o cümlədən “Nare” adlı restoranı var. Reyestr sənədlərindən bəlli olur ki, G.Mehralıyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb.
Birlikdə öz adlarına 3 şirkət qeydə aldıran ailənin birinci şirkəti 2012-ci ildə təsis olunub. Həmin şirkətin adı “ALLİANCE” Eğitim Turizm İnşaat Gida Ticaret Limited” Şirkəti olub. Şirkət 2014-cü ildə qapadılıb.
Bundan sonra Gülnarə Mehralıyeva “NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 min lirəsi G.Mehralıyevaya məxsusdur.
Üçüncü şirkət isə “İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehralıyevə məxsusdur.
Çevrəndə cəmləşən və faşist Hitlerin SSRİ-yə vurmadğı ziyanı Azərbaycana vuran Nadir, Azər, Elşad, Fetö, Eldar, Rəfael, Ceyhun, Vidadi, Xəlil, Mübariz, İlqar, Bəhram və digərləri barədə geniş araşdırmamız olacaq.
Bunlardan biri:”AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” və “LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətləridir. /Aktualxeber/

Oxşar xəbərlər

Eldar Əzizov Moskva Univermağında qızıl satan şəxsi əmisinin yerinə trest rəisi qoyub
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində iş görən kim, pul alan kimdir? - İTTİHAM
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
SOCAR-ın prezidenti, yoxsa Lift idarəsinin müdiri?- Rövnəq Abdullayevin LİFT BİZNESİ....
Bakı küçələrində növbəti dezinfeksiya işləri aparılır
Paytaxt sakinlərinə xəbərdarlıq: Bu gün küçəyə çıxmayın!
Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edildi
Meriyadan milyonlar talayan məmur-YENİ HƏBSLƏR GÖZLƏNİLİR....-YENİLƏNİB-VİDEO
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
Xalid Ələkbərov Qüdrət Şükürovon adını və əməllərini hələ də yaşadır - “Lifttəmir”-də ŞÜBHƏLİ MƏQAMLAR
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib - Fotolar
Paytaxtda təmizlik-dezinfeksiya işləri aparılıb
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi - RƏSMİ (FOTO)
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur