Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
14-01-2021, 15:39
37

Vüqar Səfərlinin mənimsədiyi milyonlar...

Xəbər verdiyimiz kimi, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs olunub.
Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada V. Səfərlinin dövlətə vurduğu ziyanın məbləği açıqlanıb. 
Belə ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib,  işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.
Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də, qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda, 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.
Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

Oxşar xəbərlər

Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Əli Həsənov və əlaltıları həbs edilə bilər
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Azərbaycanda bu xəstəxananın direktoru külli miqdarda pul mənimsəyib
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
Azərbaycanda partiya sədri koronavirusa yoluxdu, reanimasiyadadır - Foto
Xəstəxana direktoru mənimsədiyi pulu geri qaytardı
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Baş həkim həbs edildi
Mərkəzi Bankın sədri Milli Məclisə gəldi - 4 məsələ müzakirə olunur
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
Sabiq baş memarın həbs müddəti uzadıldı