Onlar özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər - Mərkəzi Bankın 450 milyonluq bina qalmaqalı
14-01-2021, 15:42
32

Onlar özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər - Mərkəzi Bankın 450 milyonluq bina qalmaqalı

AYP başqanı: “Hələ çox binanın tikintisinə yüz milyonlar sərf olunacaq"
“Hamı ümid edirdi ki, Qarabağda əldə olunan zəfərdən sonra mülki həyatın bütün sahələrində yeni səhifələr açılacaq, vəzifə sahibləri tamamilə yeni və xalqın gözləntilərinə uyğun siyasət həyata keçirəcəklər. Ancaq real həyatda gördüklərimiz bunun belə olmadığını deməyə əsas verir”.
Bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli deyib.

AYP başqanı bildirib ki, cəmiyyətin aktiv təbəqəsi Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manat xərclənəcəyi xəbərini həyəcanla və haqlı olaraq etirazla paylaşır, müzakirə edir. 
“İqtisadçılar dəqiq hesablamalarla bu rəqəmin həddindən artıq şişirdilmiş olduğunu göstərirlər. Misal üçün, bu məbləğə xaricdə minlərlə gənc alimin və mütəxəssisin təhsilini xərcini ödəmək, on minlərlə qaçqın və məcburi köçkünün azad olunmuş torpaqlarda evini inşa etmək, real istehsal sahələri olan bir neçə orta çaplı fabrik-zavod anın qurulmasını və işlədilməsini təmin etmək olardı. Amma olmayacaq. 
Niyə? Ona görə yox ki, iqtidar mənsubları büdcə vəsaitlərini səmərəsiz və səhlənkar şəkildə israf edirlər. Bunu onlar çoxdandır, edirlər. Bir növ vərdiş ediblər. Ona görə yox ki, Mərkəzi Bankın rəhbərliyində hesab-kitab işini bilən yoxdur. Var, özü də lap əlasından. Özlərinə lazım olan “hesabları” çox gözəl bilirlər. 
Ona görə olmayacaq ki, həmin potensial minlərlə gənc alimin və mütəxəssisin, on minlərlə qaçqın və məcburi köçkünün, yüzlərlə kiçik və orta sahibkarın heç on nəfəri belə bir araya gəlib haqqını və hüququnu qoruyacaq siyasi birlik ruhunda və əzmində deyil. Biz dəfələrlə deyəndə ki, Azərbaycanda sosial, iqtisadi, mədəni, elmi, hüquqi və digər problemlərin hamısının kökü siyasi müstəvidədir, bir problem milyonlarla insanın yaşayışına təsir edirsə, bu, siyasi problemdir, siyasi məsələlər ictimai hərəkatlarla deyil, daha çox siyasi partiyaların fəaliyyəti ilə aşılmalıdır, bunun üçün də heç kim siyasi proseslərdən kənarda qalmamalıdır, hər bir vətəndaş siyasi partiya daxilində təşkilatlanmalıdır – bu günlərimizi nəzərdə tuturduq.
Alimlər də, iş adamları da, sənətkarlar da, müəllimlər də, həkimlər də, aqrar işçilər də, dövlət qulluqçuları da – hamı və hər kəs anlamalıdır ki, vətəndaşı olduqları ölkənin taleyi öz əllərindədir. Ölkə - sadəcə torpaq, ərazi demək deyil. Ölkə - elə əhali deməkdir. O əhali ki, öz taleyinə laqeyd qalmamalıdır. Əks təqdirdə hələ çox binanın tikintisinə yüz milyonlarla manat sərf olunacaq və bizə isə  sadəcə tənqid etmək qalacaq”, - Anar Əsədli vurğulayıb.

Oxşar xəbərlər

Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Deputatdan Mərkəzi Banka sərt etiraz: “Bu biabırçılıqdır…
İsa Qəmbər İlham Əliyevi təbrik etdi
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Azərbaycan müxalifəti Putinin müsahibəsi barədə
Mərkəzi Bankın sədrindən devalvasiya AÇIQLAMASI
“Məcbur olduq” - Türkiyəyə erkən seçki şoku
Mərkəzi Banka 218 milyon avroya yeni bina tikilir
Türkiyədə edam cəzası bərpa edilir?
Müsavat başqanından Azərbaycanın xarici siyasət kursuyla bağlı açıqlama: “Alqışlayıram!“
Qarabağda Ombudsman mərkəzi açılacaq
Bakıda TİKİNTİ ÖZBAŞINALIĞI: - “Tarqovı”dakı binalara edilən “calaq”lara kim və necə icazə verir?
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək - Mehdiyevin istefası və həbsi tələb olunacaq
Prezident qaçqın və məcburi köçkünlərin Qarabağa nə zaman və necə köçürüləcəyini AÇIQLADI
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Müxalifətdə yenə toz-dumana qarışıb: İqtidara satılan kimdir?
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir
“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
Qolunu və ürəyini Qarabağda qoyub gələn qazi -Günün fotosu
Zəngəzur bu qaydada Azərbaycana qaytarıla bilər... - AÇIQLAMA
“Günay Bank”a yeni sədr təyin edildi
"Elə bil ki, it damıdır, orada necə yaşayıblar?" - Dövlət başçısı
Yeni pullarla bağlı maraqlı məlumatlar - Video