Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? -ŞİKAYƏT
14-01-2021, 16:50
56

Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? -ŞİKAYƏT

Əlillərin sayına görə Azərbaycanın dünyada neçənci olduğunu bilməsək də, bilirik ki Azərbaycanda 600 mindən çox şəxs rəsmən əlil hesab edilir və buna görə də güman etmək olar ki Azərbaycan ön sıralarda olmalıdır.
Əlilliyə görə təqaüdə çıxmaq, müavinət almaq son illərə qədər Azərbaycanda bir növ sosial layihə kimi bir şey idi. İki min manata istənilən şəxs əlilliyə çıxa bilirdi, istər əlil olsun, istərsə də olmasın. O cümlədən, istənilən əlil arzusuna uyğun olaraq sağlam şəxs hesab oluna bilərdi, təbii ki bunun da öz qiyməti vardı.
Amma bəzi kateqoriyalı həqiqi əlillər üçün heç vaxt rüşvət tələb olunmayıb təbii ki. Məsələn, kiminsə ayağı kəsilibsə o, avtomatik olaraq əlilliyə görə təqaüdə çıxarılmışdı, indi də belə davam etməkdədir.
Amma elə kateqoriyalı həqiqi əlillər var ki, onlara əlillik dərəcəsini rayon xəstəxanasının Həkim Məsləhət Komissiyası vasitəsi ilə Səhiyyə Nazirliyinin müvafiq komissiyası verməlidir. Bax burada məsələ qəlizləşir.
Kaim.az-a şikayətlə müraciət edən Kamran Qədirli adlı vətəndaş bildirir ki,
anası Abbasova Məlahət Əhmədalı  qızı 2020.02.14 tarixdə Mərkəzi Klinikada urəyindən açıq əməliyyat olunub, iş qabiliyyətini itirib. Əlilliklə bağlı qeydiyyatda olduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şəlalə Bayramovaya müraciət ediblər.
Onlardan əməliyyat olunan xəstəxanadan epiqriz gətirməyi deyiblər. Mərkəzi Klinikadan epiqriz alınanda həkim deyib ki, xəstəyə 3-cü qrup əlillik düşür. Lakin həmin sənədlər Şəki Mərkəzi Xəstəxanasına təqdim edilsə də Şəlalə Bayramova “əlillik düşmür” deyərək geri göndərir. Heç bir rəsmi sənəd də vermir. Əslində həmin diaqnozla başqalarına əlillik dərəcəsi verilib.  Niyə xəstənin birinə əlillik verilir, diğərinə yox ?
Şəkidən məhz bununla bağlı, məhz Şəlalə Bayramova ilə bağlı xeyli şikayətlər var.
Əlillik dərəcəsi almaq istəyən şəxslər sənədlərini rayon Həkim Məsləhət Komissiyasına təqdim edirlər, onlara cavab verilir ki, get altı aydan sonra gəl, başa düşürsən də, ALTI! Əslində isə rayon Həkim Məsləhət Komissiyası həmin sənədləri avtomatik olaraq qəbul edib Səhiyyə Nazirliyinə göndərməli idi. Səhiyyə Nazirliyinin müvafiq komissiyası əlilik dərəcəsi almaq istəyən şəxsin sənədlərini yoxlayıb qərar qəbul etməlidir, ya əlillik dərəcəsi verilməsin, ya verilsin, verilirsə, neçənci qrup.
Mövzuya qayıdacağıq.

Oxşar xəbərlər

Azərbaycanda bu uşaqlara pul veriləcək - ŞAD XƏBƏR
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? - xəstəliyində heç bir irəliləyiş olmayıb...
1900 manata alınan əlil arabası gömrükdə 190 manata rəsmiləşdirilir?
“Bu şikəst ayağımla məni gəzdirir, problemi bir-birinin üstünə atırlar” - GİLEY
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənişləri üzə çıxdı - RƏSMİ
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - RƏSMİ
ƏƏSMN -də Heybət İmanovun “audit bazarlığı” - İTTİHAM
Azərbaycanda vəziyyət pisləşir: Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Azərbaycanda və Ermənistanda əsirlikdə olanların sayı AÇIQLANDI
Baş infeksionistdən yoluxanlara çağırış: Yalnız həkim təyinatı ilə...
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"
6500-dən çox şəxs əsassız olaraq əlillik müavinəti alırmış
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
Oğlu döyüşdə olan sabiq Baş Nazir: “Xeyli yaxınlarımız…”
Azərbaycanda hər an döyüşə hazır 500 min əsgər olmalıdır
SMS icazə ilə bağlı AÇIQLAMA
“Qışda COVID-19 adi xəstəlik kimi olacaq”
Masallı səhiyyəsində acınacaqlı mənzərə - GİLEY
Sahil Babayevin işçiləri Masallıda da GÜL VURUR... - NARAZILIQ!
Müddətli həqiqi hərbi xidmətdə olanların uşaqlarına da sosial müavinət veriləcək