Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
14-01-2021, 22:17
118

Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həbs qətimkan tədbiri ilə bağlı təqdimata Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılıb.
V.Səfərliyə qarşı irəli sürülmüş ittihama əsasən, onu 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz.
Belə ki, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) əməli 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddədə “xüsusilə külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsinin sanksiyasında isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 7 ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrində isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qeyd edək ki, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmaqda ittiham edilir.  /Report

Oxşar xəbərlər

Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Qanunsuz idman mərc oyunları oynayanlara xəbərdarlıq
“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
16 yaşlı qızı qaçırdıqlarına görə 10 ilədək həbs olunacaqlar
Rüşvət üstündə tutulan məmur həbs olundu
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
15 yaşlı qızını zorla ərə verən ana saxlanıldı
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
DTX əməliyyat keçirdi - həbs olunanlar var (VİDEO)
Yürüşdə qapıları qıraraq Milli Məclisə daxil olan 15 nəfərdən XƏBƏR VAR
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Sabiq baş memarın həbs müddəti uzadıldı
Məhkəmə Mehdi İbrahimovla bağlı qərar verdi
Daha bir şirkət rəhbəri həbs edildi
DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi