Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
14-01-2021, 20:37
106

Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərlinin oğlu Samir Səfərlinin vəzifəsi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, onun oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Qeyd edək ki, V.Səfərli bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə, həbs qətimkan tədbiri seçilib.

Gundeminfo.az-a daxil olan məlumata əsasən uzun müddət Vüqar Səfərli özü də DGk-da vəzifə almaq üçün Səfər Mehdiyevlə görüşüb. Həta Səfərli ilə yaxınlıq əlaqələrindən istifadə edərək Mehdiyev uzun illər mediada haqqında tənqidi yazıların yazılmasına qarşı bir qalxan kompleksi də yarada bilib. Bu prossesdə təkcə KİVDF rəhbəri deyil, eyni zamanda Mətbuat Şurası da aktiv iştirak ediblər. Uzun illər Əli Həsənovun himayəsində olan bu iki qurum vasitəsilə Səfər Mehdiyevin piarı aparılıb. Maralıdır ki, Vüqar Səfərli özü DGK-da vəzifə ala bilməsə də oğlunu həmin komitədə işə düzəldə bilib. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən media ilə bağlı layihələrlə yanaşı, eyni zamanda digər reklam, piar, sosial layihələrin icrasında da Mətbuat Şurası, KİVDF yaxından iştirak ediblər. Elə layihələr var ki, ümumiyyətlə mətbuatın həmin layihələrin icra olunmasından xəbəri belə olmayıb. Məlumata əsasən bu gün açıqlanan KİVDF-nin ziyafətlərin təşkili məqsədilə mənimsənilən 200 min manata yaxın dövlət vəsaitinin də V.Səfərlinin cibinə getməsinə məhz Səfər Mehdiyev dəstək olub.

Onu da əlavə edək ki, Vüqar Səfərli Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Tivi kəndində anadan olub. DGK sədri Səfər Mehdiyev isə Bab'k rayonunda anadan olub. Məlumata əsasən 1958-ci ildə anadan olan Vüqar Səfərli ilə, 1973-cü ildə anadan olan Səfər Mehdiyev arasında yaxın dostluq bağları olub. Və hətta deyilənlərə əsasən Səfər Mehdiyev Vüqar Səfərliyə bütün məclislərdə "ağsaqqalım" deyə xitab edirmiş.

İndi dövlət əmlaknı talayan, milyonlarla manatı mənimsəyən KİVDF-nin sabiq rəhbəri ilə bağlı Səfər Mehdiyevin xitabı yenə də məslislərdə eşidiləcəkmi?

Mövzu ilə bağlı Səfər Mehdiyevin də mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər

Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Azərbaycanda partiya sədri koronavirusa yoluxdu, reanimasiyadadır - Foto
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Rüşvət üstündə tutulan məmur həbs olundu
Səfər Mehdiyevi o əvəz edəcək? - Azər Məmmədov kimdir?
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…