DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi
15-01-2021, 11:54
187

DSX Xüsusi Məktəbinə şagird qəbulu elan etdi

Dövlət Sərhəd Xidməti 2021/2022-ci tədris ili üzrə Xüsusi Məktəbin V sinfinə, 2020/2021-ci tədris ili üzrə VI, VII, VIII və IX siniflərə şagirdlərin qəbulunu elan edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tədris dili Azərbaycan dili olan məktəbə qəbul şərtləri aşağıdakı kimidir:
Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2021-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, VI, VII, VIII və IX siniflərə keçiriləcək qəbul imtahanlarında qəbul aparılan ildə ümumi təhsil pilləsinin həmin (müvafiq) sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan, Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
İmtahanlarda iştirak etmək istəyən namizədlər 2021-ci ilin 15 yanvar – 28 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 30 AZN əlavə etməlidirlər. Sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.
DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının "Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.
Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.
Qəbul imtahanları DİM tərəfindən test üsulu ilə mart ayında Bakı şəhərində keçiriləcək. İmtahanların keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.
Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
Azərbaycan dili;
Riyaziyyat.
Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir.
İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni (bəyannamə buraxılış vərəqəsi ilə birgə çap olunaraq doldurulmalıdır) özləri ilə gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən neçənci (müvafiq) sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.
Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.
Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.
Əlaqə telefonu: 012-554-92-44

Oxşar xəbərlər

Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Qış tətili ləğv olunub? - Təhsil Nazirliyindən AÇIQLAMA
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Şuşanın təhsil statistikası açıqlandı
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
DİM abituriyentlərə müraciət edib
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
Ali məktəblərdə imtahanlar bu qaydada keçiriləcək
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Məktəbdaxili qiymətləndirmə üçün müvəqqəti qaydalar
Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb