“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas Səfərli ilə davasından danışdı
15-01-2021, 16:33
59

“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas Səfərli ilə davasından danışdı

KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun ötən gün yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.
Yenisabah.az xəbər verir ki, Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?
Milli Məclis deputatı Aqil Abbas saytımıza açıqlamasında  Vüqar Səfərlinin həbsinin gözlənilən olduğunu diqqətə çatdırıb:
“Bu haqda söhbət çoxdan gedirdi. Elə Vüqar işdən ayrılandan sonra mətbuatda bu söz-söhbətlər dolaşmağa başladı. Əksəriyyət yeyintinin olmasından danışırdı. Prokuroroluq da məsələ ilə əlaqədar cinayət işinin qaldırılması barədə məlumat vermişdi. Bununla yanaşı jurnalistlər üçün tikilən binalardan ev alanları da prokurorluğa çağırıb izahatlarını alırdılar. 
Yəni az-çox xəbərim var idi. Kimsə həbs olunmalıydı. Oranın da rəhbəri Vüqar Səfərliydi. Amma görəsən, Vüqar Səfərli 6 milyon manatı yeyə bilər? Edə bilməz. Vüqar Səfərli bina sifariş vermirdi. O ancaq müqavilə bağlaya bilərdi. O binanı kimin tikəcəyi isə yuxarıdan gələn göstəriş idi. Bunu da hamımız bilirik. Orada təbii ki, Vüqarın da müəyyən payı olub, bu işə göz yumub. 
Həmçinin bir şey də maraqlıdır ki, orada Müşahidə Şurası vardı, guya bu məsələlərə nəzarət etməliydi. Bu Şura həmin vaxt nə ilə məşğul olub? İndiyədək nə olub-olmadığını görməyib? Məsələn, bu hadisələrdən sizin, mənim xəbərim olmaya bilərdi. Çünki biz orada deyildik. Əslində, mən həmin təşkilat haqqında çox danışmaq istəmirəm. Amma nöqsanları göz qabağındadır. Bu barədə mən onlar qəzetləri kateqoriyaya böləndə yazmışdım.  Çünki qəzet kateqoriyaya bölünməz. “Ədalət” qəzeti 30 ildir çıxır, ikinci kateqoriyaya salınıb. Amma 15 il çıxan qəzetlər birinci kateqoriyaya aid edilib. Heç biri də “Ədalət” qəzetinə çatmır. 
Tənqid edəndə hamısını adları ilə qeyd etmişdim, buna görə küsürdülər. Yuxardan zəng edib, “Bu, nədir yazmısan”,-deyirdilər. Mən həmin vaxt pul davası etmirdim, sadəcə olaraq qəzetimin davasını edirdim. Ona  görə də mənlə bir az araları dəymişdi. Amma Vüqarla biz səfər yoldaşlığı da etmişik. Sadəcə olaraq Vüqar gərək bir o qədər şeyə getməyəydi. Sən bu idarənin rəhbərisən və görürsən ki, bunun sonu hara gedib çıxa bilər. Heç kim vəzifədə əbədi deyil. Gözü çıxan qardaşlardan öyrənmirlər də...”.
Millət vəkili  Baş Prokurorluğun bu cinayət əməlində iştirak etmiş digər şəxsləri müəyyənləşdirmək üçün apardığı işlərdən də söz açıb:
“Siz də, mən də söhbətin kimdən getdiyini bilirik. Amma ad çəkməyəcəm. Çünki vurulmuş adamların əleyhinə danışmaqdan xoşum gəlmir. Təbii ki, prokurorluq araşdıracaq. O pulu kimlərin nə qədər yediyini müəyyənləşdirəcək, yəqin ki, bilir də... 
Hələ ki adları açıqlanmır, vaxtı çatanda açıqlanacaq və harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yadıma Əziz Nesinin bir hekayəsi düşdü. Deməli, bir uşaq portmanat oğurlayır. Polis də onu tutur. Portmanatdan çıxan pulların saxta olduğu müəyyənləşir. Bu dəfə də saxta pulun arxasınca düşürlər. Gedib pul kəsənləri tuturlar. Oradan da məlum olur ki, bunlar bir mafiyadır və qaçaqmalçılıqla məşğuldur. Bütün qaçaqmalçıları tuturlar. Bu yolla kim təqsirkardırsa, hamısını ələ keçirirlər. Sonda komissarın hüzuruna gətirilirlər və uşaq dodaq altından gülməyə başlayır. Komissar da gülüb, “A bala, bunlara baxanda sən elə ən təmizisən”,-deyir. İndi bu məsələnin arxasıyla gedəndə nə var, nə yox məlum olacaq”.

Oxşar xəbərlər

"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Həbs dalğası Naxçıvana keçdi - vəzifəli şəxs həbs olundu
Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Mərkəzi Bankın sədri Milli Məclisə gəldi - 4 məsələ müzakirə olunur
Aqil Abbasın etirazına spikerdən dəstək
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Ağdamdakı evini tapan Aqil Abbas ağladı - VİDEO
Meyxanaçı Vüqar Biləcəri dəfn olundu
Azərbaycanda partiya sədri koronavirusa yoluxdu, reanimasiyadadır - Foto
Məşhur müğənni Qarabağdakı döyüş yolundan DANIŞDI
Vüqar Səfərli ayrılan pulları necə yeyibsə...
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Aqil Abbas deputatların təkliflərinə qarşı çıxdı: “Bu qədər vəsait haradan ayrılsın?”
Mübariz Mənsimovun üzünə durduğu deyilən dostundan açıqlama
Suqovuşan uğrunda şəhid olan müəllim - FOTO
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb