Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
2-05-2020, 12:30
293

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

“Koronavirusa qarşı düzgün mübarizənin bir yolu var, o da bu xəstəlikdən sağalan şəxslərdən alınan plazmaların xəstələrə köçürülməsidir. Başqa effektiv müalicə üsulu yoxdur”.
Bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə çərçivəsində aparılan tədbirlərə münasibət bildirərkən deyib:
“Ölkə ərazisində dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görüldü. Məktəblərin, universitetlərin vaxtında bağlanması düzgün verilmiş qərar idi. Lakin COVID-19 koronavirus xəstəliklərinin yeddinci növüdür. Bundan əvvəl həmin xəstəliyin altı növü olub. Yeni koronavirus isə amerikalı alim tərəfindən hazırlanıb və digər viruslardan çox fərqlənir. Bildiyimiz virus bir genə sahib olan aminturşulardan ibarət olur. Zəruri müalicə ilə ona asanlıqla qalib gəlmək olar.
Lakin COVID-19 müxtəlif virusların toplusundan hazırlanan və 40 geni olan infeksiyadır. Təsəvvür edin, insanın 46 xromosomu var və 40 genə sahib virusla qarşı-qarşıyadır. Bununla mübarizə aparmaq çox çətindir. Mübarizə aparmağın bir effektiv üsulu var. Koronavirusa yoluxan şəxslərin orqanizmində COVID-19 virusunun ifraz etdiyi toksinə qarşı antitoksin yaranır. Türkiyədə artıq bu üsul tətbiq edilir. Düzgün qərardır. COVID-19-dan sağalan şəxslərdən qan nümunələri götürülür və serumu (qanın plazma kütləsi) xəstə şəxslərə köçürürlər. Bu, həmin xəstələrin orqanizmində də virusa qarşı immunitet yaradır və qısa zamanda sağalmalarına kömək edir. Tək yol budur. Başqa effektiv yol yoxdur”.
R.Mahmudov onu da əlavə edib ki, insanların bu xəstəliyi oyun zənn etməsi yoluxma hallarının artmasına səbəb olur:
“Bəzi vətəndaşlar heç bir əsas gətirmədən bunun oyun olduğunu deyirlər. Təəssüf edirəm ki, öz sağlamlıqları ilə yanaşı, digər şəxslərin də həyatlarını riskə atırlar. Kimya elmi, hər şeyin elmi izahı var. Bütün soydaşlarımıza səslənirəm, xəstəlik olsa da, olmasa da, gigiyena qaydalarına riayət edin. Koronavirus infeksiyası da sizə oyun kimi görünməsin. Cəmiyyəti qorumaq lazımdır”.

Oxşar xəbərlər

“Vəzifəyə gedir ki, rüşvət alıb pul qazansın...” - Rəşid Mahmudov
COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb - Foto
Baş nazirdən koronavirusun təhsilə təsiri ilə bağlı MÜHÜM QƏRAR
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
Operativ Qərargah məlumat yaydı: 15 iyun 2020-ci il tarixinədək uzadılır...
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
"Xüsusi karantin rejimi hələ bir müddət də davam etməlidir" - Deputat
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Həkimlərə verilən əlavə ödənişin müddəti bu tarixədək UZADILDI
“Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım”
Xəstəxanadan qaçan koronavirus xəstəsi öldü
262 nəfərdə COVID-19 aşkarlandı, 2 nəfər vəfat etdi
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Azərbaycanda koronavirusa yoluxanların sayı artır - ölən də var
Azərbaycanda koronavirusa yeni yoluxma aşkarlanıb, sağalanlar və vəfat edənlər var
Çin və ABŞ birləşdi: koronavirusla birgə mübarizə aparılacaq!
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxdu - 122-si sağaldı
Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Gürcüstanda koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 600-ü ötdü
Daha 132 nəfər COVID-19-a yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib
ÜST: Payızda xəstəlik sayının artması gözlənilir
“Koronavirus pandemiyası dünya nizamını əbədi dəyişəcək”
“Buzlu şüşə” ilə bağlı daha bir açıqlama
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Azərbaycanda daha 38 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər sağalıb