DYP-dən sürücülərə xəbərdarlıq
16-01-2021, 14:49
213

DYP-dən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya açıqlamasında bildirilib ki, Milli Hidrometeorologiya Xidməti yanvarın 21-22-də respublika ərazisində çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimalı barədə xəbərdarlıq edib: “Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən qarlı havada və buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur. Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimlənməlidirlər. Həmçinin, sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur”.
DYP rəsmisi onu da bildirib ki, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri həm özlərinin, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər: “Bunları nəzərə alaraq həmin sürücülərin qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Oxşar xəbərlər

Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Bakıya qar yağacaq
DYP sürücülərə müraciət etdi
Nazirlikdən havayla bağlı XƏBƏRDARLIQ
Bu gün Bakıya qar yağacaq: Hava kəskin soyudu
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Bakıda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Yol polisindən XƏBƏRDARLIQ
Nazirlikdən qarlı hava ehtimalı ilə bağlı AÇIQLAMA
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DYP əhaliyə müraciət etdi
Bakının bu yollarında sürət həddi endirildi
Karantin postlarının yaradılacağı ərazilərin adı açıqlandı – SİYAHI
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - YENİLƏNİB
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib - Diqqət!
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
65 yaşdan yuxarı şəxslərin yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur
Dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda sulu qar yağacaq
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
Sabah hava yağmursuz olacaq
Sabah havanın tempuraturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Temperatur 5-7 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Nazirlikdən hava xəbərdarlığı