Məhkəmələrdə işlərin təxirəsalınma müddəti uzadıldı - RƏSMİ
16-01-2021, 15:06
49

Məhkəmələrdə işlərin təxirəsalınma müddəti uzadıldı - RƏSMİ

Ali Məhkəmə Azərbaycan sərtləşdirilmiş karanrtin rejimində məhkəmələrində işlərə baxılması ilə bağlı müvəqqəti təxirə salınma müddətini uzadıb.
Ali Məhkəmədən verilən məlumata görə, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, digər işlərə baxılmasının 25 yanvar tarixinədək təxirə salınması tövsiyə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ali Məhkəmə Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakıları tövsiyə edib:
1. Sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
2. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;
3. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin;
4. Məhkəməyədək sadələşmiş icraat materialları və cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin, Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və icraatda olan xüsusi ittiham qaydasında şikayət üzrə materiallara baxılsın;
5. Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;
6. Vətəndaşların qəbulu dayandırdığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilsin.

Oxşar xəbərlər

Azərbaycanda əksər məhkəmə prosesləri təxirə salındı
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu şəxslərə 190 manat yenidən veriləcək - RƏSMİ
Bakı, Sumqayıt və Abşeron ərazisində həftəsonu repetitor xidməti fəaliyyət göstərməyəcək
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq”
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
Bu gündən bütün ölkə sərt karantinə keçdi - QAYDALAR
Operativ Qərargah məlumat yaydı: 15 iyun 2020-ci il tarixinədək uzadılır...
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? - AÇIQLAMA
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək qədər uzadıldı
Karantin rejimi yumşaldıldı: Rəsmi qərar
Karantini pozan 5083 şəxs tənbeh edildi, 4 nəfər həbs olundu
SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi - VİDEO
Karantin rejiminin tələblərini pozan vəzifəli şəxslər həbs edildi
Bakıda yaşayan Naxçıvan sakinlərinə MÜRACİƏT
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Bərbərxana və gözəllik salonları da işləməyəcək - RƏSMİ
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
Operativ Qərargah brifinq keçirəcək
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Karantin qaydalarını pozanlara qarşı reyd keçirilib - Fotolar
Mülki polislər də SMS-icazələri yoxlaya bilər? - Rəsmi açıqlama