Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb
16-01-2021, 15:26
62

Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 15-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.
Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 4 nəfər barəsində inzibati həbs, 2645 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir: "Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".

Oxşar xəbərlər

Karantini pozan 5083 şəxs tənbeh edildi, 4 nəfər həbs olundu
DİN-dən rayonlara getmək istəyənlərə XƏBƏRDARLIQ
İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb
1360 maşın postlardan geri qaytarılıb
Postlardan 4 min maşın geri qaytarıldı
1959 avtomobil postlardan geri qaytarıldı
Postlardan icazəsiz keçməyə çalışan 2 225 avtomobil geri qaytarıldı
DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Karantini pozan 2 655 nəfər cərimələnib
5 şəhər və 12 rayonun giriş-çıxışlarında yoxlamalar davam etdirilir
Rayona getmək istəyən 2538 maşın qaytarıldı
2646 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub
Postlardan geri qaytarılan avtomobillərin sayı AÇIQLANDI
Dünən karantini pozan 3 mindən çox insan CƏRİMƏLƏNİB
DİN: 8 koronavirus xəstəsi saxlanıldı
Küçəyə çıxan 9 koronavirus xəstəsi SAXLANILDI
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanıldı
51 korona xəstəsi saxlanıldı
Ötən gün daha 33 koronavirus xəstəsi saxlanılıb
Ötən gün 49 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı
İctimai yerlərdə daha 38 COVID-19 xəstəsi aşkarlanıb
Karantini pozan 4 nəfər HƏBS EDİLDİ
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
DYP-dən karantin postları ilə bağlı əhaliyə MÜRACİƏT
Küçədə saxlanılan 23 koronavirus xəstəsi evinə qaytarıldı
Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi açıldı
Azərbaycanda 10 koronavirus xəstəsinə cinayət işi açıldı
Karantini pozan 3 147 nəfər cərimələndi
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu