İlham Əliyevin açıqlamalarından sonra İrəvanda ara qarışdı: “Uşaqlarımızı Qarabağdan qaytarın”
16-01-2021, 19:45
41

İlham Əliyevin açıqlamalarından sonra İrəvanda ara qarışdı: “Uşaqlarımızı Qarabağdan qaytarın”

Qarabağda həqiqi hərbi xidmətdə olan şəxslərin valideynləri və qohumları Ermənistanda hökumət binasının qarşısına toplaşıblar. Onlar uşaqlarının və qohumlarının Qarabağdan qaytarılmasını və hərbi xidməti Ermənistan ərazisində keçmələrini tələb edirlər.
İrəvanda əvvəllər də belə aksiyalar tez-tez olurdu. Amma son vaxtlar belə tələblər bir qədər səngimişdi. Yerli mətbuatın yazdığına görə, yeni narahatlıq dalğasının səbəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfəri zamanı verdiyi açıqlamalardır.
İlham Əliyev Şuşada 
İlham Əliyev Şuşada
Qeyd edək ki, son vaxtlar Ermənistanda Azərbaycanın azad etdiyi ərazilərin geri qaytarılması barədə pafos dolu çağırışlar səslənirdi. Belə fikir yaranmışdı ki, Azərbaycan artıq Xankəndi və bir neçə rayonu birdəfəlik itirib və o ərazilər Rusiyanın əlindədir. Putinin "biz status-kvonu saxlayırıq, Qarabağın statusu sonra müzakirə ediləcək" deyə açıqlama verməsi Ermənistanda xəyalların qurulmasına səbəb olmşdu.
Amma İlham Əliyevin açıqlamaları bu mövzuda ictimai rəyi yenidən dəyişdirib. Prezident "statusun cəhənnəmə getdiyini" bir daha xatırlatdı. Həmçinin bütün ərazilərin Azərbaycana məxsus olduğunu bildirməklə yanaşı, ora qanunsuz səfər edən Ermənistan rəsmilərini də hədələdi.
Bundan başqa, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun birgə monitorinq mərkəzi ilə bağlı yeni açıqlaması da o tərəflərdə ümidləri qırıb. Çavuşoğlu Rusiyaya da mesajını verdi. Qeyd edək ki, sülhməramlıların həmin ərazilərə Azərbaycanın razlığı olmadan səfərlərə icazə verməsi qanunsuzdur və Çavuşoğlunun sözlərinə görə, Türkiyə bununla bağlı etirazını Kremlin nəzərinə çatdırıb.
Mövlud Çavuşoğlu 
Mövlud Çavuşoğlu
Bu detallar bu gün səhərdən başlayaraq Ermənistanda insanların yenidən hökumət binası qarşısına toplaşmasına səbəb olub. "Qoy, oğullarımızı Ermənistana qaytarsınlar və onlar burada xidmətə davam etsinlər" - aksiya iştirakçılarının tələbi bundan ibarətdir.
Daha sonra baş nazir Nikol Paşinyan onlardan bir qrupunu qəbul etməyə razılaşıb. Bildirildiyinə görə, Paşinyan hər hansı təhlükənin olmadığını bildirsə də, valideynlər bununla razılaşmayıblar. Onlar Rusiyanın Qarabağda vəziyyətə tam nəzarət edə bilmədiyini düşünürlər və uşaqlarının başqa ölkənin ərazisində təhlükəyə məruz qalmasını istəmirlər.
Bildirildiyinə görə, Paşinyan bu məsələ ilə məşğul olacağına və onların suallarına aydınlıq gətiriləcəyinə vəd verib.
Görüşdən sonra yerli mətbuata açıqlama verən valideynlər nəticələrdən razı qalmadıqlarını deyiblər. "Görüşdən razı qalmadıq",- deyə onlar bildiriblər.
Görüşdə iştirak edən valideynlərdən biri jurnalistlərə Paşinyanın ümumi problemlərdən danışdığını deyib: "Suallarımıza cavab almaq üçün baş nazirlə yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəldik. Görüşdən razı qalmadıq ".
Xatırladaq ki, yanvarın 8-də hərbi xidmətə çağırılanların valideynləri də Vazgen Sarkisyan İnstitutunun yanında etiraz aksiyası keçirmişdilər. Onlar uşaqlarının Qarabağa göndərilməsinə etiraz etmişdilər. Valideynlər uşaqlarının orada təhlükəsiz olacağına inanmadıqlarını bildirmişdilər.
/Bizimyol.info

Oxşar xəbərlər

Bakıda Zəfər paradı, İrəvanda aksiya - 29 nəfər saxlanıldı
Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil olublar
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistanda böyük aksiya: "Uşaqlarımızı Qarabağdan geri qaytarın”
“Oğlum müharibəyə getmək istəsə başını kəsəcəm” - Erməni hərbçilərin ailələri
Ermənilər tərəfindən bu ərazilərin bəziləri minalanıb
Ermənistanda inqilabi proseslər başlayıb
“Ermənistanda qan töküləcək“ - Politoloq
"Əliyev Moskvada Paşinyana 8 tələb irəli sürəcək..." - Erməni mənbələri
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatdı
Paşinyan sazişi imzalamasının səbəbini AÇIQLADI: “Minlərlə hərbçimiz mühasirəyə düşəcəkdi”
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
Ermənistanda əsgər ailələri aksiya keçirdi
Danışıqlar yalnız Rusiya, Türkiyə və Azərbaycan arasında ola bilər - Politoloq
Prezident Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verdi
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Ermənistanda etirazçılar magistral yolları bağlayır - Video
Ermənistanda Dağlıq Qarabağdan qaçan erməniləri təhdid edirlər - Erməni KİV
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Yerevanda əsgər valideynləri yenə Hökumət evinin qabağına toplaşdılar
"O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq" - Prezident bir daha atəşkəs şərtini açıqladı
Ermənistanda Rusiya telekanallarının açıq yayımı saxlanıldı
“Bu yaramazın hələ də özünü “prezident” kimi aparması...”
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
“Ordumuz Şuşa və Laçında tarix yazır”
Dövlət Xidməti çağırışçılara müraciət etdi
Erməni hərbiçilər Xankəndi, Xocavənd və Xocalıdan tamamilə çıxarılır - Müdafiə Nazirliyindəki gizli mənbə
Qarabağdan Yerevana köçənlərin sayı artıb
Ermənilərdə heç nə alınmayacaq - Rusiyalı politoloq
Politoloq “Şuşaya bir nəfəs qədər yaxın”lığı şərh etdi: “4-ü, ya 5-i noyabrda...”