Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
18-01-2021, 11:02
133

Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.
Bu barədə ASCO məlumat yayıb.
Təcrübəli kapitan, Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi Elxan İslam oğlu Hacıyev yanvarın 17-də 59 yaşında vəfat edib.
Elxan Hacıyev 1961-ci il avqustun 3-də Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Dənizçilik fəaliyyətinə 1983-cü ildə matros kimi başlayıb. Sonralar Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif gəmilərində kapitanın üçüncü, ikinci, böyük köməkçisi olub. 2006-ci ildən səfərlərə kapitan kimi çıxıb, sonra bir müddət təlimatçı kapitan işləyib. 2015-ci ildən Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi təyin olunub.
Elxan Hacıyev işlədiyi illərdə həmişə bacarığı, peşəkarlığı ilə seçilib. Onun fədakar əməyi yüksək qiymətləndirilib. “Tərəqqi” medalı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.

Oxşar xəbərlər

“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - Video
Tural Müseyibovun yerinə YENİ TƏYİNAT
Azərbaycanda ən nəhəng gəmilərdən biri istismara qaytarıldı - FOTO
Dövlət Dəniz Agentliyi xəbərdarlıq etdi
İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd PUA verildi
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
“Xarici ölkə hərbçilərinin rəqqasələrlə qarşılanması alçaqlıqdır” - AMİP-dən sərt bəyanat
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Azərbaycanda assosiasiyanın fəxri prezidenti vəfat etdi
İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Ermənilər Cəbrayılda da qəbirləri dağıdıb - FOTO
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Aygün Kazımovanın qızının Elnurla "Dəniz" macərası
Özcan Dəniz karantində film çəkir
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Xəzərdə anomal qalınlıqda buz aşkar edildi
Dəniz kənarından 2 ədəd mina tapıldı
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
Rusiyada "Qafqaz-2020" belə başladı - VİDEO
Sergey Şoyqu Azərbaycana gəldi
“Xankəndi” gəmisi ilə bağlı prezidentə şikayət edildi
Bu gün Hikmət Hacıyevin ad günüdür
Dəniz kənarını çirkləndirən bələdiyyə sədri cərimələnib
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
Baş direktorun müavini koronavirusdan vəfat etdi
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Milli Qəhrəmanın adını daşıyan gəmi ekspedisiyalara başladı - Video