"Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır
18-01-2021, 18:01
280

"Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır

"Vətən müharibəsinin qazisinin azyaşlı övladının meyiti “Baku Medical Plaza”da girov saxlanıb...
Jurnalist Əli Rais: ““Medikal Plaza uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var”.

Klinika dünyasını dəyişən uşağın cansız bədənini ailəsinə təhvil verməkdən imtina edib. Buna səbəb yerdə qalan borcu da ödəməyi tələb etmələri olub. Bu haqda jurnalist Əli Rais yazıb ki, iki ay öncə Abbas üçün hesab açılıb, müalicəsi üçün yardım kampaniyası təşkil edilib. Onun sözlərinə görə, Abbasa ilik köçürülməli idi:

“Atası 44 günlük Vətən savaşının iştirakçısı idi və oğlunun durumundan xəbərsiz idi. Donor kimi onun gəlməsi lazım idi. Abbasin atası müharibədən sonra analiz üçün 5 günlük məzuniyyətə buraxıldı. Lakin həkimlər dedilər ki, ata donor kimi yaramır. Tibbi göstəricilər uyğun deyil. Kampaniya çərçivəsində qısa zamanda 32 min manatdan yuxarı vəsait yığıldı. Lakin aparılan yanlış müalicə, doğru olmayan qərarlar nəticəsində uşaq ötən həftə komaya düşdü. 3 gün “Baku Medikal Plaza”da qaldı. Bu 3 günün içində “Baku Medikal Plaza” uşağın valideynlərindən 32 min manat aldı. 3-cü günü uşağın öldüyünü dedilər. Lakin meyiti vermədilər. Bildirdilər ki, 900 manat borcları var. Onu da ödəməlidirlər. Valideynləri son 500 manatlarını xəstəxanaya ödəyib, çətinliklə də olsa uşağın nəşini ala biliblər. 3 gün ərzində xəstəxana bu qədər pulu nəyə xərclədi? Xərclədisə niyə uşaq yaxşılaşmaq əvəzinə həyatını itirdi? Abbasa yardım edənlər sağ olsunlar. Qansızlıq edənlər də cəzalarını almalıdır”. (Reportyor.info)

Oxşar xəbərlər

Baku Medikal Plaza ilə bağlı ŞOK İDDİA - NARAZILIQ!
Döyüşçü ailəsindən “Medical Plaza”ya qarşı İTTİHAM
“Baku Medical Plaza”da həkimin pulları oğurlandı
Fövqəladə Hallar Nazirliyi "Rifah Plaza”nı cərimələdi
Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi
Saxta həkimin gerçək qurbanları: Səhiyyə Nazirliyinin Laqeyidliyi
14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
Qarabağ qazisinin oğlu ölüm ayağında - Ana ölkə başçısından kömək istədi (VİDEO)
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı
Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir - VİDEO
"İnternational Medical Center" savaşda olan snayperimizin yoldaşından doğuşa görə 1500 manat aldı - Daha bir səhiyyə biabırçılığı
Şamaxıda körpə doğuş zamanı ölüb
44 günlük Vətən müharibəsinin qəhrəman qazisi - VİDEO
Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı - Yenilənib
101 yaşlı müharibə veteranı özünü öldürdü
"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ
"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Xankəndidə yaralanan qazimizin durumu ağırdır
Kilsədə şok: 3 mindən çox uşaq istismar olunub
Azərbaycanda vəzifəli şəxsin meyitinin yanından narkotik tapıldı - onunla gələn qız axtarılır
İntihar edən qazinin ailəsi danışdı - VİDEO
Rafiq Tağının anası dünyasını dəyişdi
Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid
Hamının yaddaşında gülüşü ilə qalan şəhidimiz - VİDEO
Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina etdi
2021-ci ildə dünyaya gələn uşaqlar 22-ci əsrdə yaşayacaq
Regionlarda bağçalar fəaliyyətə başladı - VİDEO
Uşaqlara maska taxmaq məcburidir?
Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO
"DOST İş Mərkəzi məni aldadıb" - GİLEY