Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş...“
19-01-2021, 17:18
40

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş...“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu dəfə “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızını şantaj etdiyinə görə gündəmə gəlib.
Bununla bağlı Axar.az saytının baş redaktoru Anar Niftəliyev məlumat yayıb.
Məsələni şərh edən AĞ Partiyanın sədri Tural Abbaslı saytımıza açıqlamasında bildirib ki, bu təfəkkürə sahib insanların idarə etdiyi sistem uğur qazana bilməz:
“Əli Həsənovun işi məhz ictimaiyyətlə əlaqələr olub. Əslində, bu, lazımi insanların lazımi yerlərdə olmadığının sübutudur. Bu adamın 60 yaşı var, yaşın da gətirdiyi bir müdriklik olmalıdır. Əli Həsənov hələ müdriklik yaşında bu işlərlə məşğuldursa, görün, qafası dünən necəymiş?! Əlində səlahiyyət olanda insanlara, mediaya, cəmiyyətə necə yanaşırmış?! Bu cür təfəkkürü olan insanların idarə etdiyi sistem uğur qazana bilərmi? Onun cavabdeh olduğu media aləminin inkişafı mümkündürmü? Qətiyyən, yox. Bu, əslində, kadr siyasətinə xüsusi diqqətli yetirməli olduğumuzu göstərir. Çünki bir çox hallarda kadrlar iqtidarın siması olur və taleyini həll edir”.
Siyasətçi Əli Həsənovun atdığı addımın utancverici olduğunu qeyd edib:
“Əli Həsənovun şəxsinə heç kim tənqid yazmır ki... Hamı onun fəaliyyətindən danışır. Bizim şəxsi ilə nə işimiz var?! Bu adamların dözümlülük dərəcəsi budursa, idarə etdikləri sistem nə olacaq?! Bu, Həsənovun zamanında təmsil etdiyi iqtidar komandası, Yeni Azərbaycan Partiyası üçün ayıbdır. Əli Həsənov belə hərəkətləri ilə həm də onları pis vəziyyətdə qoyur ki, baxın bu sistemin başında duran insanlar hansı təfəkkürdədir. Əslində, bu hərəkət mənim üçün gözlənilməz olmadı. Əminəm ki, hüquq mühafizə orqanları fəaliyyətlərini biraz da dərinləşdirsələr, o da həbs olunmalı insanlar sırasında yer alacaq və həbs olunacaq. Nə qədər çox günahkar olursansa, səsin bir o qədər hündürdən çıxır. Həsənovun davranışları da onun göstəricisidir. Cinayət psixologiyasıdır. Hər halda iqtidar yolu kimlərlə getdiyini, kimlərə məsul vəzifələr, daşıya bilməyəcəkləri öhdəliklər verdiyini bir də düşünməlidir. Ümumiyyətlə, Əli Həsənovun hələ də azadlıqda olmasını anlaya bilmirəm. Yəni mümkün deyil ki, onun tabeliyində olan insanlar korrupsiya faktı ilə həbs olunsun, amma onun özü rəhbər kimi azadlıqda gəzsin. Azərbaycan mediasına keçmiş olsun deyirəm. Arzum budur ki, bir də Azərbaycan mediası geridüşüncəli insanların ümidinə qalmaz”.

Oxşar xəbərlər

Əli Həsənovun Bakıdakı buyruqqulusu kimdir? - İDDİA
Əli Həsənov "Klivlend"də müalicə olunur
Əli Həsənov Azərbaycana gətirildi
Əli Həsənovun oğlunun qəribə hobbisi — Qızıl unitazlardan istifadə edir
Əli Həsənov şantaja keçir: Siyasi alver
SON DƏQİQƏ! Əli Həsənovun oğlu QIZIL UNİTAZını və bütün sərvətini götürüb ABŞ-a qaçdı (FOTO)
Əli Həsənov obyektini 3 milyona satışa çıxarıb
Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FOTO
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Əli Həsənov xəstəxanadan qaçıb? – Müalicə aldığı klinika “burada deyil” dedi
Əli Həsənov daha bir media rıçaqını itirir
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Əli Həsənov mediadan birdəfəlik gedir
Əli Həsənovun dayısı oğlunun VARİDATI - "Jek" müdirliyindən başlanan yol
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Ramiz Mehdiyev dövlətin ayırdığı pulları "moyka"ya və digər sahələrə xərcləyir - AÇIQLAMA
Əli Həsənov tapıldı
“İllərlə büdcəni taladılar və heç birinin yetimçəsi cəbhəyə getmədi...” - Aparıcıdan sitəm
Əli Həsənov məşhur passajı satışa çıxartdı — Yır-yığış edir?
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
Əli Həsənovun vəziyyəti ağırlaşdı – Təcili Türkiyəyə aparıldı
Əli Həsənovun oğlunun yenicə pöhrələnən korrupsiyası..
“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-da biznes qurmasından danışdı
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Əli Həsənovun müalicə aldığı deyilən klinikadan açıqlama: “Burada elə bir pasiyent yoxdur”
Əli Həsənovun halı pisləşdi - Almaniyaya aparılır
Əli Həsənov Antalyaya, oğlu Misirə getdi – Sensasion iddia
“Əli Həsənov iddia edirdi ki, guya ANS terroruçulara kömək edir...”