20 Yanvar hadisələrindən 31 il ötür
20-01-2021, 09:07
132

20 Yanvar hadisələrindən 31 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.
Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.
Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. 
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
Bu il Azərbaycan xalqı Qanlı Yanvarın şəhidlərinin ruhunu qalib xalq kimi anır.

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusları bayram günlərində də işləyəcək
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Azərbaycanda rəsmi iş günü nə vaxtdır?
Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
Şəhidlər Xiyabanını ziyarət fərqli təşkil ediləcək - DİN-dən XƏBƏRDARLIQ
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
Tətil günlərində ictimai nəqliyyat işləyəcək? - Rəsmi açıqlama
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərildi
Azərbaycan XİN-dən Ermənistana CAVAB
Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
Yanvar ayında da 190 manat veriləcək?
ICESCO-nun Baş direktoru Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - Deputatdan AÇIQLAMA
Sabah şəhidlərimiz 1 dəqiqəlik sükutla yad ediləcək
Bu ölkə ümummilli karantin elan etdi
Metronun fəaliyyəti bu tarixədək dayandırılır
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Azərbaycanda çovğun olacaq - XƏBƏRDARLIQ
Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Azərbaycanda 2021-ci lin ilk iş günü başladı
Bakı-Sumqayıt qatarı noyabrın 9-da bu rejimdə işləyəcək - CƏDVƏL
İlham Əliyevlə Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdilər - Canlı yayım
Gənclər şəhidlərimizi ziyarət ediblər
Gələn həftədən "sms icazə" sistemi ləğv edilir? - Operativ Qərargahdan AÇIQLAMA
Azərbaycanda SMS icazə ləğv edildi
Dekabrın 31-də "SMS icazə" sistemi ləğv ediləcək? - AÇIQLAMA
Ukraynada dövlət bayraqları endirilib