"Şirkətin rəhbəri gizli nömrədən zəng edib məni hədələdi" - Bakıda ilginc olay...
20-01-2021, 10:38
59

"Şirkətin rəhbəri gizli nömrədən zəng edib məni hədələdi" - Bakıda ilginc olay...

Vətəndaş Emin Əliyev “Azfibernet” şirkətinin müştərisi olub, lakin xidmətdən narazı qaldıqda isə rəhbərlik tərəfindən hədələnib.

E.Əliyev Mubahise.az-a müraciət edərək bildirib ki, 2020-ci il noyabrın 3-də “Azfibernet” ilə fiber optik internet müqaviləsi bağlayıb: “Onların çəkdiyi şəbəkə qutusunda qaydalara görə maksimum 5 ev ola bilər, bizim şəbəkə qutuda 3 ev qoşuludu. Onlar hər ay 20 AZN ödəniş əasında mənə 25Mbit/san sürətlə internet verməyi öhdələrinə götürüblər. Lakin internetdə dəfələrlə yaranmış problemlərə görə (donmalar, kəsintilər) onların koorparativ nömrələrinə və votsap nömrəsinə şikayətimi bildirmişəm.

Yanvarın 13-dəki müraciətimdən sonra problemi həll etmək əvəzinə məni vatsap nömrədə əngəlləyərək müraciət etməyimin qarşısını aldılar. Mən onlara zəng edib iradımı bildirdim ki, siz nə haqqla bunu edirsiz? Müştəri problemi sizdə bu cür həll olunur?

Daha sonra gizli nömrədən mənə özünü Nəsib kimi təqdim edən şəxs zəng edib dedi ki, mən oranın rəhbəriyəm və sizin müqaviləni birtərəfli qaydada ləğv edirəm.

Dedim nə ixtiyarla siz bunu edə bilərsiz? Mən ödənişimi edirəm, internetdən istifadə edirəm, internetinizdə problem yarananda müraciətimi iradımı bildirməməliyəm? Mənim etdiyim müraciətlərimin heç biri əsassız olmamışdır və nə də ki onları təhqir etməmişəm. Provayderi müştəri seçir, müştəri də seçimini dəyişə bilər. Müştəri hər zaman haqlıdır. Belə bir deyim var. Bunlar problemi həll etmək əvəzinə insanları müqaviləni ləğv etməklə hədələyirlər.

Normal xidmət göstərə bilmirlərsə onda camaatın cibinə girməsinlər. Şirkətlərini bağlayıb gedib evlərində otursunlar. Heç bir əsas olmadan mənim müqaviləmin pozulmasına və internetdən istifadəmin məhdudlaşdırılmasına razılıq vermirəm.

Hətta mən internetin sürətli olması üçün əlavə olaraq 1 modem də qoşdurmuşam, lakin sürətdə problemlər yaranır. İnternet bugünkü günümüzdə hər bir ailənin evində olmalıdır, çünki artıq online təhsil və online iş rejiminə keçmişik. Evimdə 6 yaşında məktəbə gedəcək uşaq böyüyür. İnetnetsiz indiki vəziyyətdə necə təhsil ala bilər? Həmçinin internetlə digər ailə üzvüm və mən işləyirik. Bunun üçün də sürətli kəsintisiz internet lazımdır”.




Oxşar xəbərlər

QHT sədrindən nazirliyə 150 avroluq modem ittihamı
"Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY
Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"
“Polislərin köməyi ilə evimi ələ keçirmək istəyirlər”
Millətin işi-gücü onlayndır... provayderlər də BƏRBAD GÜNDƏ! - NARAZILIQ!
"Samsung”dan soyuducu aldım, traktor kimi işləyir” - Müştəri
Distant təhsil hansı çətinliklər yaradır? - “Nazirlə şəxsən söhbətlərim olub...“
“Yelo Bank” bu biabırçı addımı da atdı... - Qarabağda döyüşə yollanan əsgəri məhkəməyə verdi
Gömrükdəki limit vətəndaşı çətin duruma salır... - GİLEY
Biləsuvarda məmur özbaşınalığı - "Həyətyanı torpaq istədim, əkin sahəmi satdılar"
Kürdəmirdə təhsil almaq problemdir - GİLEY
DİN daha bir iddiaya aydınlıq gətirdi - "Anası dəfələrlə oğlu tərəfindən döyüldüyünü bildirib"
“Atəşgah” da dövlətə meydan oxuyur: - Tanınmış sığorta şirkəti Qarabağ əlilini niyə “süründürür?”
Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj
"Bir binanın yarısında istilik var, yarısında yox" - Sakinlərdən narazılıq
Paşinyan Şuşayla bağlı bu detalları ilk dəfə xalqa ETİRAF ETDİ
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Ədliyyə Nazirliyindən inanılmaz satınalma müqaviləsi
Göyçayda sakinləri dinləyən yoxdur...
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
Prezident BBC-nin müxbirinə: “Ad çəkə bilmirsinizsə, deməli hekayə uydurursunuz”
"Buta Airways" müştəriyə necə problem yaradır... - GİLEY
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
"İlin-günün bu vaxtı "Baku Electronics" müştərisini aldadır..." - GİLEY
İsmayıllının icra başçısından özbaşınalıq... - Sahibkar Prezidentə müraciət etdi
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY
"Meqa Sığorta” ilə “Rabitəbank” Ordumuzun mayorunu küçələrə salıb - Qaziyə qarşı rəzil FIRILDAQ
Qorxmaz Hüseynovun qardaşı vətəndaşı külli miqdarda borca salıb
Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"