Müharibədən sonra 117 km-dən çox yol minalardan təmizlənib
20-01-2021, 12:22
23

Müharibədən sonra 117 km-dən çox yol minalardan təmizlənib

Yanvarın 18-19-da Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 11, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd piyada əleyhinə mina, 63 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə mina partladıcısı, 5 ədəd 14,7 mm-lik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 100 126 kv.m (1 210 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən 215 ədəd partlamamış hərbi sursat (PHS), 749 ədəd mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Oxşar xəbərlər

Suqovuşan təmizlənir…
Cəbhəboyu ərazilərdən son xəbər
ANAMA son üç gündə 102 mina zərərsizləşdirib
Cəbhəboyu ərazilərdə yüzlərlə mina və partlamamış hərbi sursat tapıldı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar zərərsizləşdirilib
ANAMA və DİN-dən təcili əməliyyat - FOTO
Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb
2 gün ərzində cəbhəboyu ərazilərdə 1141 mina və PHS zərərsizləşdirib - FOTO
Ermənistan ordusunun 10 rayonumuzun kəndlərinə atdığı partlamamış mərmilər zərərsizləşdirilib
Şuşada təcili təxirəsalınmaz əməliyyatlar keçirilib - ANAMA
Suqovuşana çəkiləcək avtomobil yolu minalardan təmizləndi
Cəbhəboyu ərazilərdə mərmi, dron və bir sıra sursatlar zərərsizləşdirildi - FOTO
Azərbaycan ərazisində 7 dron zərərsizləşdirilib
Düşmənin rayonlarımıza atdığı fosforlu top və raket mərmiləri zərərsizləşdirilib
Dəniz kənarından 2 ədəd mina tapıldı
Cəbhəboyu ərazilərdə raket və top mərmiləri AŞKARLANDI - FOTO
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Bakıda mərmi aşkarlanıb - Foto
Gəncədə iki top mərmisi tapıldı
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Zəngilanda körpünün altında yenə partlayıcı qurğu aşkarlandı
Xudafərin ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb - RƏSMİ
Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO
Bakı sakini saxta pulla saxlanıldı
Saatlıda əməliyyat keçirildi - Saxlanılan var
Ağdam, Füzuli və Cəbrayılın minalardan təmizlənməsinə başlanıldı
Polis Bakıda əməliyyat keçirdi, silahlı şəxslər ələ keçdi
Bakıda qəbiristanlıqdan qumbara tapıldı
Düşmənin Suqovuşanda atıb qaçdığı silah-sursat aşkarlandı - FOTO
Ordumuzun bu gecə məhv etdiyi düşmən texnikaları - SİYAHI