“Naxçıvana dəhliz açılsa, İrana və Ermənistana qarşı embarqolar qaldırılsa...”
20-01-2021, 15:44
75

“Naxçıvana dəhliz açılsa, İrana və Ermənistana qarşı embarqolar qaldırılsa...”

Türkiyənin Trabzon limanını idarə edən “Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.
Müzəffər Ermiş bu haqda “Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. “Trabzon Limanının tranzit ticarətinə önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş Abş sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. İnşallah, ABŞ İrana qarşı sanksiyaları yumşaltsa Trabzon limanından daha çox yük ötürə biləcəyik”,-o deyir.
Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib.
“Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada keçmişdə bizim üçün də çox önəmli dəhliz olan Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında mən ümid edirəm ki, Trabzon Limanı Ermənistan və Azərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”,-Ermiş bildirib.

Oxşar xəbərlər

Ruhani: "Koronavirus ölkəmizə gəldiyindən bəri heç kim köməyimizə yetişmədi"
Ceyhun Bayramovun İrana səfəri başladı
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
Ceyhun Bayramov İrana səfər edəcək
Ermənistan hakimiyyəti əsgər ailələrini belə aldadır: “Övladlarınız İrana keçib“
Husilər 3 alayı darmadağın etdi: İrana hücum olacaq?
Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır
İranın yük gəmisi İraq sularında batdı: Ölənlər var
F-16 məsələsi Rusiya və İrana mesaj idi... - Politoloq
Ermənistan bugünədək axıtdığı qanların cəzasını çəkdi - Bahçeli
“Naxçıvan dəhlizinin açılması ucuzlaşmaya səbəb olacaq”
Avstraliya hökuməti İran vətəndaşını azad edib
İrana keçən erməni hərbiçilər tapılacaq – Səfirlik
Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb - Həsən Ruhani
İran Mərkəzi Bankının vurulmasına Tehrandan cavab
İran sərhəddə təlimlərə niyə indi başladı və bu, kimə qarşıdır? - AKTUAL
Üç ölkə İrana xəbərdarlıq edib
Ermənilər Rusiyadan əlini üzdü: “Bizim əvəzimizə döyüşməyəcəklər…”
Qərb İrana vaksin satmır
İran prezidenti ABŞ-ı ittiham etdi: “Bura Nyu-York və ya Vaşinqton deyil”
PKK terrorçuları ermənilərlə birlikdə savaşdıqlarını etiraf etdilər
İranla sərhəddə elektrik stansiyası tikiləcək
Ermənistandan “Naxçıvan dəhlizi” AÇIQLAMASI - ŞƏRT QOYDULAR
İstanbulda Azərbaycana dəstək aksiyası
Paşinyan böyük dövlətləri şantaj edir
ABŞ-dan Türkiyəyə müsbət mesaj: Ən önəmli məqam..
İran deputatından sərt açıqlama: “Biz o dəhlizi tanımırıq”
“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq
Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK