“Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar”
21-01-2021, 16:50
55

“Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar”

"Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq. Siz artıq qeyd etdiniz ki, Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb".
Bunu Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması zamanı türkmən həmkarı Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə deyib.
"Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar.
Bu gün onu da qeyd etmək istərdim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır", - dövlət başçısı bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidenti ilə videokonfrans keçirdi
Xəzərin statusunun həlli Rusiya üçün vacibdir
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
ETSN: Azərbaycanda nərələrin sənaye ovuna icazə yoxdur
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - CANLI
Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər etdi
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
Zelenski İlham Əliyevi təbrik etdi
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Azərbaycan Ermənistanı əməkdaşlığa dəvət edir – “Ədavətə son qoymalıyıq”
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
Türkmənistan prezidentindən sərrast atış - VİDEO
Elmar Məmmədyarov çağırış etdi
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib - FOTO
Azərbaycanla Pakistan arasında saziş imzalandı
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
20 sentyabr “Neftçilər günü”dür - VİDEO
Bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
İlham Əliyevdən qondarma "DQR"i tanımaq istəyən ölkələrə XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: "Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir"
Xəzərin səviyyəsi 18 metrədək enəcək? - RƏSMİ MÖVQE
Ərdoğanın Azərbaycana səfəri başlayıb
Qətər Azərbaycana yeni səfir göndərib
Türkiyədən Naxçıvana qaz tədarükü - Azərbaycan üçün bu, strateji əhəmiyyət daşıyır