Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb
21-01-2021, 19:34
75

Eldar Mahmudovun oğlu Londandakı şirkətini bağlayır - 3 ay əvvəl fəaliyyətini dayandırıb

Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olan və 11 oktyabr 2018-ci ildə Londonda qeydiyyatdan keçən “MEA Capital Limited” şirkəti 3 ay əvvəl – 6 oktyabr 2020-ci il tarixində fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, şirkətlə bağlı bütün məlumatlar 6 ay sonra – 31 iyul 2021-ci il tarixində reyestrdən silinəcək.
Məlumat üçün bildirək ki, ötən ilin iyun ayında İngiltərənin nüfuzlu mətbuat orqanı “The Guardian” Anar Mahmudovun İngiltərədə milyonluq mülklər aldığını yazıb. “The Guardian” həmçinin yazıb ki, Eldar Mahmudovun oğlu və eyni zamanda da hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin kürəkəni olan Anar Mahmudov bununla bağlı maliyyə istintaqçılarına ifadə verib.
Qeyd edək ki, “MEA Capital Limited” Londonda Anar Mahmudova məxsus yeganə şirkət olsa da, onun Bakıda və başqa ölkələrdə də çoxsaylı şirkətləri var.
Anar Mahmudovun eyni zamanda Azərbaycanda, Lüksemburqda, İspaniyada və Türkiyədə şirkətləri var. Anar Mahmudovun adı rəsmi sənədlərdə "Diqlas-1" MMC və "Kristal İnşaat" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsi olaraq qeyd olunur. Eyni zamanda Anar Mahmudovun “Caspian Crystal Holdinq”in İdarə heyətinin sədri olduğu göstərilir. Yuxarıda adları qeyd olunan “Kristal İnşaat” MMC, həmçinin “Crystal Med” MMC “Caspian Crystal Holdinq”lə eyni ünvanda yerləşir. Bunlardan başqa Anar Mahmudov Türkiyədə "Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited" şirkətinin şəriklərindən biri olub. Həmçinin Anar Mahmudov "Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim" şirkətinin İdarə Heyətinin sədr olub. Eyni zamanda Anar Mahmudov İspaniyada 4 şirkət ("22 Vaquer De Bendinat S.L.", "Son Sana Portals S.L.", "Macent Invest Group SL" və "Majorca Capas Group İnvestment SL"), Lüksemburqda 2 şirkəti ("Utılıcom" və "Konoco .M") yaradıb.




Oxşar xəbərlər

Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
ABŞ kəşfiyyatı Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarladı
Abid Şərifovun nəvəsinin cənnət kimi istirahət mərkəzi - Fotolar
Rəşid Mahmudov koronavirusa yoluxub
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
Sabiq nazir kürəkəninin Londondakı yeni mülkləri - FOTOLAR
Azərbaycanda vəzifəli şəxs COVID-19-a yoluxdu
Ziya Məmmədovun gəlininin təmtəraqla açdığı modalar evi bağlandı - FOTO
Azərbaycanda ağır qəza: 1 ölü, 4 yaralı
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Keçmiş polis rəisi koronavirusdan öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Elçin Rzayevə nədən təkrar etimad göstərildi? - İTTİHAM
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edən məmur kimdir? - FOTOLAR
Cahangir Hacıyevin həyat yoldaşı əmlakını itirə bilər
İlham Əliyev onu mədəniyyət naziri TƏYİN ETDİ - SƏRƏNCAM
Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Hüseynqulu Bağırovun gizlətdiyi yeni şirkətlər aşkarlandı – Siyahı
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri
Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirdi