Ölkənin baş hidrometeoroloqu: “Qış hələ qabaqdadır...”
21-01-2021, 22:14
220

Ölkənin baş hidrometeoroloqu: “Qış hələ qabaqdadır...”

"Respublika ərazisində, paytaxtda, eləcə də bölgələrdə yaxın günlərdə hava şəraitində hər hansı dəyişiklik gözlənilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Bayramova deyib. Onun sözlərinə görə, yaxın 3-4 gündə yağmursuz hava şəraiti hökm sürəcək:
"Qar yağıntısını biz belə də gözləyirdik. Məlumatda da belə vermişdik. Yanvarın 20-21-də paytaxt ərazisində sulu qarı müşahidə etdik. Yaxın günlərdə qar yağacağı gözlənilmir”. 
Gülşad Bayramova qışın hələ qarşıda iki ayı olduğunu deyib:
"Biz həmişə deyirik ki, yanvar soyuq qış ayı kimi xarakterizə olunur. İsti hava kütləsinin daxil olması zamanı qış mülayim keçir, qısa müddətli olur. Soyuq hava kütləsi daxil olanda isə qış soyuq, kəskin keçir. Soyuq yanvar ayları kimi mülayim yanvar ayları da olur. Hələ ki, yanvarın üçüncü ongünlüyüdür. İkinci ongünlüyündə isə hava şəraiti paytaxtda qeyri-sabit keçdi, hətta yağıntılar nəticəsində qar hündürlüyü də əmələ gəldi. Qış hələ qabaqdadır”.

Oxşar xəbərlər