CƏMİYYƏT
21-01-2021, 23:19
232
Naxçıvanın Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan MR Ali Məclisinin sədri yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb.
Eyni zamanda Naxçıvan MR Medianın İnkişafı Agentliyinin Nizamnaməsi və Müşahidə Şurasının tərkibi təsdiq edilib.