“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
22-01-2021, 09:17
247

“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video

Hərbi həkim, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin zabiti Namiq Seyfəddinli 44 günlük Vətən savaşının qazilərindən biridir. Qəbələ rayonunda anadan olmuş Namiq Seyfəddinli Dövlət Tibb Universitetini hərbi həkim ixtisası üzrə bitirib, Naxçıvana təyinat alıb və orada polkovnik Tehran Mənsimovun məsləhəti ilə xüsusi təyinatlı qüvvələrin sıralarında xidmətə başlayıb.
Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə Naxçıvan Ümumqoşun Ordusu xüsusi təyinatlılarının sıralarında qatılıb. Cəbrayıl, Xocavənd, Hadrut istiqamətində hərbi həkim kimi döyüşlərdə iştirak edib. Daha sonra “Yaşma” kimi tanınan xüsusi təyinatlıların həkimi yaralandığı üçün onu əvəz etməyə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və çoxsaylı orden-medallara layiq görülən Ramiz Cəfərovla birlikdə döyüşüb. Çoxsaylı yaralılara yardım edib, Laçın dəhlizi istiqamətindən Şuşaya irəliləyən xüsusi təyinatlı qüvvələrlə birlikdə olub.
Noyabrın 5-nə keçən gecə, xüsusi təyinatlıların ilk qrupları Şuşaya daxil olub şəhərə girişi nəzarətə götürməsindən bir neçə saat sonra ağır yaralanıb. Həmin vaxt Namiq və döyüşçü yoldaşları gecə saatlarında Şuşa ətrafındakı meşəlikdə mövqe tutmuşdu. Bu vaxt düşmənin atdığı mərmi onların yatdığı yerə düşüb, polkovnik-leytenant Ramiz Cəfərovla birlikdə 13 xüsusi təyinatlı şəhid olub. Namiq və daha bir neçə döyüşçü yaralanıb...
Namiq Seyfəddinlinin YouTube kanallarından birində yerləşdirilmiş döyüş xatirələrini təqdim edirik:

Oxşar xəbərlər

Prezidentin təltif etdiyi polkovnikə yüksək VƏZİFƏ VERİLDİ
Hikmət Mirzəyevin başçılığı ilə XTQ-in heyəti Zəfər paradında keçid etdi
Şuşada ermənilərlə əlbəyaxa döyüşən şəhidimiz
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Ermənilərin “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edildi
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
Paradda qoşun növlərinə onlar rəhbərlik edib - ADLAR
Cəbrayılın azad olunmasında iştirak edən generallar - FOTOLAR
Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO
Bu gün Zəfər paradı keçiriləcək - TƏFƏRRÜATLAR
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
XTQ baş leytenantı Xocavənddə minaya düşərək ŞƏHİD OLDU
Şayiələrə fikir verməyin - Tehran Mənsimov
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Xüsusi Təyinatlı Dəstənin komandiri şəhid olub
Yaralı halda 2 gün döyüşən şəhidimiz - VİDEO
Təltif edilməyən generallar - SİYAHI
General-mayor Polad Həşimovun məzarı ziyarət edildi
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Vasif Talıbov yaralı hərbçilərə baş çəkdi - FOTO
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Qarabağ zəfərində xüsusi təyinatlılarımız hansı rolu oynadı? - VİDEO
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid zabitimiz
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
İki dəfə yaralansa da, döyüşə gedən, səkkiz yoldaşını xilas edən Şuşa qalasının şəhidi - FOTO
“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi