Düşməndən alınan ilk posta girən qəhrəmanımız - FOTO
22-01-2021, 10:31
117

Düşməndən alınan ilk posta girən qəhrəmanımız - FOTO

Vətən müharibəsinin qəhrəmanlarından biri də 35 yaşlı Rahibdir.
Axar.az xəbər verir ki, şəhidimiz mayor Babayev Rahib Bəxtiyar oğlu 19 iyun 1985-ci ildə Şahbuz rayon Külüs kəndində anadan olub.
İlk təhsilini kənd məktəbində alıb, daha sonra Naxçıvan şəhər 14 nömrəli məktəbdə təhsilini davam etdirib.
1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına ali hərbi məktəbdə hərb sənətinə yiyələnib. 2006-cı ildən leytenant rütbəsi alaraq, hərbçi kimi xidmətə başlayıb.
Yoldaşı Aygün xanım danışır ki, Rahibin ilk komandiri Polad Həşimov olub:
"Həmişə fəxrlə deyərdi ki, Polad Həşimov mənim komandirim olub. 18 illik xidmətinin 8 ilini Murov dağlarında keçirmişdi. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu.
Nədənsə Kəlbəcər rayonunu daha çox sevirdi. Bəlkə də bu rayonun azadlığını görmək onun ən böyük arzusu idi.Vətən müharibəsi başlayanda Rahibin sevincinin həddi-hüdudu yox idi. Döyüş yoldaşları deyir ki, Rahib düşmən üzərinə cəsarətlə, sevinclə, gülə-gülə gedib. Murov yüksəkliklərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Hətta deyirlər ki, “Canavar postu”nun sol tərəfini Rahib şəxsi şücaəti ilə götürüb. Bu post Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi".
Döyüşlər zamanı qolundan ağır yaralanan Rahib döyüş meydanını tərk etməyib. Yaralı halda vuruşaraq, yaralanmış əsgərlərinin həyatını xilas edib. Düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edib. İkinci yaradan sonra isə şəhid olub.
Şəhidimiz oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Azərbaycan bayrağı ordeni”, “Vətən uğrunda” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidimizin 3 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!


Oxşar xəbərlər

Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
General-mayor Polad Həşimovun məzarı ziyarət edildi
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
“Bilirdim ki, məni heç vaxt atmaz” - Qazimiz evləndi
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi
72 gün sonra şəhidlik xəbəri gələn Asəf Maşıyev - VİDEO
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video
Kamil Zeynallı Polad Həşimovun övladları ilə birgə: Qınayacaqlar ki, niyə gülürsünüz? - FOTO
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Qızının yuxusunda gülümsəyən şəhidimiz – VİDEO
İlham Əliyev Tehran Mənsimovu da təltif etdi
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Pusquya düşsə də son nəfəsinəcən vuruşan cəsur kapitan
Şuşa fatehi Hikmət Mirzəyev... - FOTO, VİDEO
Cəbrayılın azad olunmasında iştirak edən generallar - FOTOLAR
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Dəniz Nəqliyyatı Donanmasının vəzifəli şəxsi öldü - FOTO
Polad Həşimovun şəhadətindən sonra orduya yazılan şəhidimiz - FOTO
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Müharibəyə getdiyini ailəsindən gizlədən şəhidimiz - VİDEO
Polad Həşimovun "sən mənim səngərdə böyüyən zabitimsən" dediyi şəhid - VİDEO