Azərbaycanda vəzifəli şəxsin qanunsuz hərəkətləri ifşa olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial təminat sahəsində vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə tədbirlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olan materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaqla müəyyən edilmişdir ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilmişdir.
Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilmişdir.
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
22
yanvar
11:19

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Bələdiyyə sədrinə cinayət işi açıldı
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Bakıda qanunsuz işlərlə məşğul olan vəzifəli şəxslər SAXLANILDI
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
Şirkət direktoruna cinayət işi açıldı
Direktor rüşvətə görə həbs edildi
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Baş həkim həbs edildi
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Karantin rejiminin tələblərini pozan vəzifəli şəxslər həbs edildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
- Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü — EKSKLÜZİV
- Azərbaycanda bu şəxslər işdən çıxarılır
- Moskvanın MƏKRLİ PLANI - Rusiya Xankəndinin işğalını qanuniləşdirmək istəyir
- Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir”
- "Putin Türkiyəyə gedəcək?" - Kreml açıqlama yaydı
- Azərbaycan əhalisinin sayı AÇIQLANDI
- İlon Maskın 74 yaşlı anasının bikinili FOTOSESSİYASI
- Rusiya XİN-dən Ermənistandakı etirazlarla bağlı AÇIQLAMA
- Almaniya kəşfiyyatı rusiyalılara xəbərdarlıq edib
- Masallıda istirahət mərkəzində yanğın - Xəsarət alan var
- Deputat Şuşada baxıl geyinilməsinə belə yanaşdı: "Baxır kimin ayağı... "
- Finlandiya parlamenti NATO-ya müraciəti təsdiqlədi
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar