Ruslan Əliyevin yaratdığı “soyuq hava” – “Azəriqaz” qışa niyə hazır deyil?
22-01-2021, 16:01
74

Ruslan Əliyevin yaratdığı “soyuq hava” – “Azəriqaz” qışa niyə hazır deyil?

Havaların soyuması ilə kommunal qurumlarla bağlı şikayətlər də artır.

Kommunal xidmət qurumları qışa tam hazır olduqlarını açıqlasalar da, qış mövsümi başlayan kimi “təmir” işlərinə start verirlər. Bu dəfə şikayət "Azəriqaz" İstehsalat Birliyindəndir. Belə ki, Bayıl qəsəbəsində qaz kəsilib.

Hazırda "Jurnalistlərin binası"nda, "20-ci sahə" deyilən ərazidə, Bayıl qəsəbəsində qaz yoxdur. Nəzərə alsaq ki, həmin ərazidə 100 mindən çox insan yaşayır, narazı kütlənin sayının hansı miqyasda artdığını təsəvvür etmək elə də çətin deyil. Üstəlik şikayətlər digər ərazilərdən də eşidilir. Xüsusilə havanın soyuyacağı, qar yağacağına dair proqnozlar da nəzərə alınmayıb.

Bəs “Azəriqaz” İB-nin bunda marağı nədir? Təmir işləri niyə soyuq aylara təsadüf edir? Deyək ki, qəzadır, baş verib. Bəs niyə xətlərdə belə tez-tez qəza baş verir? Sakinlər deyirlər ki, hər ay bir neçə dəfə analoji hadisə baş verir. Səbəb nədir? Təmir və ya görülən işlər keyfiyyətsizdir, yoxsa “Azəriqaz” İB bilərəkdən insanları incidir?

Suallar çox, cavab isə yoxdur. “Azəriqaz” İB-dən zənglərimizə cavab verilmədi. Ümumiyyətlə, “Azəriqaz” İB-dən son vaxtlar şikayətlər o qədər çox yayılıb ki, sosial şəbəkələrdə hər 5 şikayətdən birində məhz bu qurumun adına rast gəlirik.

Azərbaycan qaz ixrac edən ölkədir. Dünya ölkələrinə qaz satır. Rəsmi rəqəmlərə görə, ötən il qaz satışından 2.2 milyard dollar vəsait əldə olunub. Ölkə ərazinin isə 96 faizi qazlaşdırılıb. Uzun illərdir ki, bu 4 faizlik kəsiri aradan qaldırmaq mümkün deyil. Hələ də qaz üzünə həsrət qalanlarımız var. Xüsusilə də texnologiyanın inkişaf etdiyi, ucqar kəndlərdə internet olmadığına görə aidiyyəti qurumların qınandığı bir dövrdə mərkəzdə qaz problemin hələ də müzakirə olunmasının bəhanəsi olmalı deyil.

Məsələn, 21 yanvarla bağlı proqnozlara, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kəskin soyuqların olması xəbərdarlığı etməsinə baxmayaraq, ölkə üzrə 20 rayonda qaz kəsintisi oldu. Birdən-birə 20 rayonun qaz təchizatında qəza baş verisə, bu artıq qurumun səriştəsiz fəaliyyətinin göstəricisidir.

Qurum isə bu məsələ belə haqq qazandırıb: “Rayon mərkəzlərində, strateji obyektlərdə qaz kəsintisi olmayıb. Bu, yalnız müəyyən kəndlərdə baş verib. Hazırda proses nəzarətdə saxlanılır, problem tədricən tənzimlənir və nizama qoyulur”.

Qaz kəsintisinin səbəblərinə aydınlıq gətirən Ceyhun Səfərov bildirib ki, ümumi qaz şəbəkəsində artıq yüklənmə baş verib və havaların birdən soyuması qaza olan təlabatı artırıb:

“Bunu fövqəladə vəziyyət kimi qəbul edə bilərik. Təbii ki, bu problem artıq tədricən həll olunmaqdadır. Çox yaxın saatlara qaz təchizatı tam şəkildə həllini tapacaq. Yaxın günlərdə isə qaz təchizatında heç bir problem yaşanmayacaq, abonentlərimiz tam normal rejimdə qaz ala biləcək”.

Yəni isti aylarda “qışa hazırıq” deyəndə “Azəriqaz” İB tamamilə başqa şey nəzərdə tutub. Bu “hazırlığın” əhalinin qazla təmin olunmasına heç bir aidiyyəti yoxdur. Hər halda görünən budur.

Ölkə karonavirus pandemiyası ilə mübarizə aparır, insanların iş yerləri bağlanır, gəlirləri aşağı düşür, psixoloji gərginlik və digər problemlər bəs etmirmiş kimi, bir də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin yaradığı “soyuq hava” ilə mübarizə aparmağa məcbur qalır.

Oxşar xəbərlər

"Azəriqaz" yeni ilə belə girdi... - Yenə də şikayətlər...
"Bizi korona yox, "Azəriqaz" yıxacaq..." - GİLEY
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
Vətəndaşın yeni başağrısı: "TƏMİZ QAZ"... - Bu qurumun "Azəriqaz"a dəxli varmı?
Xaçmaz sakinləri soyuqdan donurlar... - GİLEY
Altı rayonda qaz kəsiləcək - SƏBƏB
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
"Azəriqaz" vətəndaşa belə problem yaradır... - GİLEY
“Azəriqaz”dan Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsinə açıqlama gəldi...
“Azəriqaz” vətəndaşa böyük məbləğdə cərimə yazdığı üçün məhkəməyə verildi - GİLEY
"Azəriqaz" 200 manatı niyə istəyir? - GİLEY
17 yeni salınmış yaşayış massivi qazla təmin olunub - FOTO
Ölkənin baş hidrometeoroloqu: “Qış hələ qabaqdadır...”
Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
"Azəriqaz"-da nələr baş verir?
Gömrükdəki limit vətəndaşı çətin duruma salır... - GİLEY
"Azəriqaz" Gəncədə belə iş görürmüş... - NARAZILIQ!
Mehdiabad yolunda tıxaclar-polislər haraya baxırlar?
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlanıldı
Gəncədən "Azəriqaz"a İSMARIC VAR... - "Gəncə şəhəri qırılır soyuqdan"
“Aylardır müraciət etmədiyim təşkilat qalmayıb” - NARAZILIQ!
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi
“Azəriqaz” Gəncədə rəsmi maxinasiyalara başladı - İLGİNC FAKT
Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur - FOTO
"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Binəqədinin icra başçısı niyə susur?