BANK VTB-də qalmaqal: Təhlükəsizlik rəisi bank rəhbərini məhkəməyə verdi (FOTOFAKT)
22-01-2021, 21:22
91

BANK VTB-də qalmaqal: Təhlükəsizlik rəisi bank rəhbərini məhkəməyə verdi (FOTOFAKT)

Rusiyanın VTB Qrupunun ölkəmizdəki törəməsi Bank VTB (Azərbaycan) ASC-də qalmaqal yaşanır. 
HİT.az xəbər verir ki, bankın Təhlükəsizlik idarəsinin rəisi Zahid Səmədzadə 19 yanvar tarixində işlədiyi banka və onun İdarə Heyətinin sədri Yevgeniy Kirinə qarşı iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. 
Vəkil Əkrəm Həsənovun sözlərinə görə, işin mahiyyəti mülki hüquq pozuntularından(deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisədir və iddiaçı mənəvi zərərin ödənilməsini tələb edir: 
"Ölkə tarixində hələ belə iddia olmamışdı. Görəsən, bank və onun rəhbəri Təhlükəsizlik idarəsinin rəisinə necə mənəvi zərər vura bilərdi axı? Vurubsa belə, bankda işləyə-işləyə həmin şəxs necə cürət edib bankı və onun rəhbərini məhkəməyə verib axı?..
Vəkil məhkəmə işindən təsadüfən xəbər tutduğunu bildirməklə yanaşı qeyd edib ki, bu bankın daxilində ciddi toqquşmalardan xəbər verir: "Bank yarandığı andan da belə olub. Orada 5 rəhbər dəyişib. Dəyişməyən təkcə Təhlükəsizlik idarəsinin rəisidir: bütün rəhbərləri bir-bir yola salır, onlar isə ona heç nə edə bilmir, çünki birbaşa Moskvadakı baş banka tabedir. Düz 10 il əvvəl Səmədzadəyə satınalmada yol verdiyi pozuntuya görə töhmət də elan olunmuşdu. Buna görə də o zaman bankı məhkəməyə vermişdi. Moskvanın göstərişi ilə töhmət ləğv olundu və o, iddianı geri götürdü. Yəni bankda kifayət qədər güclü şəxsdir və idarəetmənin bütün sahələrinə, o cümlədən kreditlərin verilməsinə ciddi təsir edə bilir.
Yeri gəlmişkən, bu bank ölkəmizdə ən iri problemli kreditlər portfeli olanlardandır. Ötən ilin 9 ayının nəticəsinə görə verdiyi 243 milyon manat məbləğində kreditlərin 161 mln. manatı (yəni 2/3 hissəsi) problemli idi. Özü də bu kreditlərin adekvat təminatı da yoxdur: götürdüyü girovlar, bir qayda   olaraq, verilən kredit məbləğlərindən bir neçə dəfə azdır. Təbii, belə vəziyyət ilk növbədə bankın təhükəsizlik sisteminə dair əsaslı suallar yaradır…"
Vəkilin dediyinə görə, Moskvadan müdaxilə olunmasa, çox maraqlı məhkəmə prosesi ola bilər: "Əlbəttə, əgər Moskvanın   göstərişi ilə bankın rəhbəri tabeliyində olan Səmədzadənin istədiyini etməsə   və o da iddiasını geri götürməsə. Bir də gördüz ki, bu rəhbəri də yola saldılar və problemli kreditlərin həddi növbəti rekordu vurdu".

Oxşar xəbərlər

Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
“Yelo Bank” bu biabırçı addımı da atdı... - Qarabağda döyüşə yollanan əsgəri məhkəməyə verdi
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
Kapital Bank-dan təqaüdçülərə güzəşt
“Günay Bank”a yeni sədr təyin edildi
"Bank VTB" Şuşa qəhrəmanının ailəsini aldadıb - Bank isə deyir ki...
"Yelo Bank" müştəriləri necə narazı salır... - "Məbləği kartımdan iki dəfə siliblər"
“Royal Bank” maxinasiyaları: İşsiz qadının adına kredit ayrılıb, qadın illər sonra xəbər tutub...
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək? - Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar
Banklarda kredit verilməsi prosesi sadələşir
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Beynəlxalq Bank Qarabağ əlilinə xidmətdən imtina edib - Limiti keçmək bəhanəsi ilə
"AccessBank" bağlanır?
İş adamlarının dollar probleminin arxasında nə durur? - Bankların yeni oyunu, yoxsa
"Belə ədəbsizcəsinə kartıma müdaxilə edib,xarici saytları bəhanə gətirməyin. " - "Kapital Bank"dan şikayət var..FOTO
"Bank Respublika" CƏRİMƏLƏNDİ