Tünzalə Ağayeva TƏBİB rəhbərliyinə müraciət etdi: “Minlərlə musiqiçi sadəcə gündəlik…”
23-01-2021, 09:40
49

Tünzalə Ağayeva TƏBİB rəhbərliyinə müraciət etdi: “Minlərlə musiqiçi sadəcə gündəlik…”

Xalq artisti Tünzalə Ağayeva TƏBİB rəhbərliyinə müraciət edib. 
“Yeni Sabah” xəbər verir ki, o pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olaraq belə bir müraciət etməyə məcbur olub.
Bildirib ki, qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük: “Nə vaxta qədər bizdə Mədəniyyət, İncəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir. 
Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək və bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər. 
Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir. Əksər insanlar tərəfindən olduqca yalnış bir təsəvvür var Azərbaycan tanınmışları haqqında. 
Baxın başqa ölkələrdə musiqiçi, artist kimi məhşurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir - albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf. 
Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100 % durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır”.

Oxşar xəbərlər

AzTV-nin bədii rəhbəri Xalq artistini tənqid etdi: “Tünzalə qatıldığı tədbirlərdə hər şeyi diktə edir” - VİDEO
TƏBİB vətəndaşlara müraciət etdi
Prezident onlara “Xalq artisti” adı verdi
“Nişanlı gənclərimiz toy edə bilmirlər“ - Niyaməddin Musayev
Tanınmış meyxanaçı evini satır - Səbəb
Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın GERÇƏK TƏRƏFLƏRİ
“İt günündə dolanıram“ - Xalq artisti
TƏBİB-dən koronavirus xəstələrindən pul istəyənlərlə bağlı AÇIQLAMA
Nazirlik Zəfər muzeyi ilə bağlı vətəndaşlara müraciət etdi
Satışa çıxarılan dərman paketi bu şirkətə məxsus imiş - TƏBİB-dən AÇIQLAMA
“190 manatı versinlər, evimizi satası deyilik” - Maral Tahirqızı + Video
Yumşalmaya getdiyimiz üçün artmalar gözləniləndir - AÇIQLAMA
Ramin Bayramlıdan etiraf: “Bəzi həkimlər özlərindən müalicə yazırlar”
Ermənilər Qarabağı tərk edirlər - Xarici dil öyrənir, sərhədlərin açılmasını gözləyirlər
“Bu, həyat deyil, yaşamaq deyil...” - Xalq artisti
Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət etdi
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
"Hamıya nəzarət etmək imkanımız yoxdur" - TƏBİB-dən rüşvət ittihamlarına CAVAB
“Yaza qədər Qarabağ “status” almasa, Ermənistan və ya Rusiyaya birləşməsə, xaricə gedəcəyik...”
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? - GİLEY
"Hər bir evin qarşısına ..." - Polisdən əhaliyə XƏBƏRDARLIQ
TƏBİB-də yeni təyinat
Hökumət sahibkarları unudubsa, bilək... - NARAZILIQ!
Şirvanda yoluxmaların sayının artması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - Video
Xalq artisti Faiq Ağayev Dövlət Statistika komitəsinə müraciət edib.
Koronavirusla qripin fərqi nədir? - TƏBİB AÇIQLADI
TƏBİB onlayn sifariş edənlərə müraciət etdi - Diqqət!
Vaşinqtonda Tramp tərəfdarları etiraz keçirir
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?