Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"
23-01-2021, 10:19
55

Evinə bomba düşən Gəncə sakini çarəsiz durumda - "Adım heç zərərçəkmişlərin siyahısında yoxdur"

“Oktyabrdan bu yana qəzalı evdə yaşayırıq. Nə sığınacaq verən, nə də adımızı zərərçəkmiş siyahısına salan var”. DİA.AZ bildirir ki, Gəncənin Məmmədtağı Cəfərov küçəsinin sakini Telman Rəhimov belə deyir.

Şikayətçi bildirir ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə endirdiyi raket zərbəsi nəticəsində evi qəzalı vəziyyətə düşüb, yaşanası durumda deyil. Ancaq aidiyyatı qurumlar bunu gözardı edir:

“Düzdür, raketi göydə zərərsizləşdirmişdilər. Ancaq qəlpələri həyətimə və evimin müxtəlif yerlərinə düşüb. Nəticədə həyətdə itlərimizdən biri ölüb və evimiz tamamilə yararsız hala düşüb”.

Telman Rəhimovun ailəsi 5 nəfərdən ibarətdir. Özü, həyat yoldaşı, 2 övladı və anası. Deyir, övladlarından birinin əlilliyi də var:

“Deməyim odur ki, evdə tək yaşamıram. Yoxsa vecimə də olmaz. Uşaqlar var, yaşlı anam var. 5 nəfərin həyatı təhlükə altındadır. Evimiz hər an uça bilər. Belə bir faciə baş versə, dövlət qurumları nə edəcəklər? İndidən deyirik ki, problemi həll etsinlər. Ancaq eşidirəm ki, adım heç zərərçəkmişlərin siyahısında yoxdur”.

Rəhimovlar ailəsinin evi köhnə də olmayıb. 2016-cı ildə tikdiriblər. 2 mərtəbəli, birinci mərtəbəsində 3, ikincidə 4 otaq olan yeni ev olub. Raket zərbəsinə qədər yaxşı şəraiti var imiş:

“Ətrafdakı zərər görmüş evləri siyahıya almışdılar, bizə gələn olmamışdı. Çox yazıb-pozandan sonra nəhayət Fövqəladə Hallar Nazirliyinin yerli idarəsindən gəldilər, baxdılar. Gedəndə də dedilər ki, bu evdə yaşamaq təhlükəlidir, çıxmalısınız, çünki hər an uça bilər. Dedim, mən razı. Bizə sığınacaq verin, çıxaq. O gündən bu yana axtarıb-arayan yoxdur”.

Telman Rəhimov deyir ki, çarəsizlikdən öz vəsaiti hesabına, gücü çatdığı qədər evdə bəzi bərkitmə işləri aparıb. Ancaq yenə də yaşanası hala sala bilməyib:

“Sonra Prezident Administrasiyasına məktub yazdım. Dedim, burda ayrı-seçkilik edirlər. Bütün zərərçəkmişlərə eyni gözlə baxılmır. Ondan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin memarı, FHN-dən nümayəndələr gəldilər. Evə baxış keçirdilər, yenə yazdılar, pozdular və çıxıb getdilər. Amma yenə də bir xəbər yoxdur. Deyirlər, “evdə yaşamaq olmaz, hər an uça bilər”. Amma bizə sığınacaq vermirlər”.

Telman Rəhimov deyir ki, axırıncı dəfə evlərinə gələn komissiyanın gedişindən az qala 2 ay keçir. Axırıncı müraciətinin üstündən isə 1 ay. Yenə ortada heç nə yoxdur:

“Dekabrda bir də müraciət etdik görək nə oldu. Hələ də dağılmış evdə yaşayırıq. O zaman mənə bir də dedilər ki, sizin adınız siyahıda yoxdur. Dedim, necə yəni, FHN yazıb, icra hakimiyyəti yazıb, cinayət işi açılıb. Biz zərərçəkmiş kimi tanınmışıq. Dedilər: “Biz bilmirik, ad yoxdur”. Şəhər icra hakimiyyətindən bizə son söz kimi dedilər ki, siz qismən zərərçəkmiş kimi tanınmısınız. Mən də dedim ki, qismən bir-iki əşyası qırılanlar yazılıb. Amma bizim evimiz uçma təhlükəsi altındadır. Hər an altında qala bilərik. Bu qisməndi? Ötən həftə bir də zəng etdim. Son sözləri bu oldu ki, adım siyahıda yoxdur”.

Oxşar xəbərlər

Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY
Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Əşyalar durduğu yerdə alovlanır - Ucarda müəmmalı yanğın
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı - RƏSMİ
100 mülki şəxs həlak olub - Erməni cinayətlərinin son statistikası
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
Ermənilər Tərtəri artilleriya atəşinə tutdu, evlər dağıldı
Göyçayda şəhid ailəsi çıxılmaz durumda... - NARAZILIQ...
Ermənistan təxribatının məktəblərə vurduğu ziyan
Zaqatala sakini çarəsiz durumda... - GİLEY
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Ermənilər Goranboyu raket atəşinə tutub
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
“Yazdılar, pozdular, dedilər, “hə, qəzalıdır, pis vəziyyətdədir” - GİLEY
Göyçay icra başçısı sakini belə aldatdı - İTTİHAM
Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib
Ermənilərin bu gün öldürdüyü 16 yaşlı Şahmalının - Fotosu
Düşmənin atdığı mərmi Ağdamda evə düşdü
“Bərdədə insan itkisindən çox kədərləndim“ - Fransa səfiri
Ərli qadını evindən qaçırdılar - Azərbaycanda ŞOK OLAY
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Ermənilərin “İsgəndər" biabırçılığı: - Atdıqları raket hədəfdən 6 kilometr yayınıbmış
Ermənistan təxribatı nəticəsində 2734 ev yararsız vəziyyətə düşüb
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
Raketlərdən biri Mingəçevir istilik elektrik stansiyasının qarşısına düşüb - FOTO
Şabranda maşın aşdı - Qaz boruları yararsız hala düşdü (Foto)
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY
Ağcabədiyə atılan “Smerç” raketinin döyüş başlığı aşkarlanıb