Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular
23-01-2021, 11:50
117

Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular

Vətən müharibəsində rəşadətlə döyüşərək şəhid olan kapitan Elçin Ağayevin üçüncü övladı dünyaya gəlib.
Yeni doğulan qız övladına şəhid Elçinin həsrətində olduğu Şuşa şəhərinin şərəfinə Şuşa adı qoyulub.
Elçin Ağayev 7 iyul 1993-cü ildə Cəlilabad rayon Günəşli kəndində anadan olub. 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi uğurla başa vurub. O zaman gənc leytenant təyinatını da öz istəyi ilə cəbhə bölgəsinə almışdı.
E.Ağayev Vətən müharibəsində ilk döyüşlərə Tərtərin Talış kəndi istiqamətində qatılmışdı. Düşərgə postuna komandirlik edən kapitan Elçin Ağayev Suqovuşan azad edilənədək şərəfli döyüş yolu keçib. Oktyabrın 6-da Suqovuşanda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.
Zabitimiz düşmənin üzərində tam qələbə çalmağımızı arzulayırdı. Ən böyük arzusu Şuşa idi. Deyirmiş ki, “Şuşaya getməliyəm, oranı görməliyəm”.
Elçin Ağayev yeni doğulan qızından daha əvvəl bir oğul və bır qız atası idi. 
Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxşar xəbərlər

5 yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən igid - VİDEO
Daxili Qoşunların Şuşada şəhid olan çavuşu
Xüsusi təyinatlı Əliqismətin real döyüş VİDEOSU
Qəhrəmancasına şəhid olan kəşfiyyatçı-zabit Cəlilabadda dəfn edildi (FOTOLAR)
Bir Zeynal şəhid oldu, digər Zeynal doğuldu (VİDEO)
Ölümündən sonra dörd medalla təltif olunan qəhrəman döyüşçü - Video
Texniki Universitet Vətən müharibəsində 24 şəhid verib - Foto
Ürəyindən yaralanan qazimiz Bakıya gətirilib
"Əsgərlərini xilas etsə də, özü düşmən gülləsinə tuş gəlib" - VİDEO
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
“Vətən uğrunda” medalı ilə təltif edilən 18 yaşlı şəhid Bayraqdarov
Şəhid əsgərimiz dəfn olundu
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
15 sentyabrda doğuldu, atasını erkən yaşlarında itirdi, yeni doğulan körpəsinin üzünü görmədi...
XTQ baş leytenantı Xocavənddə minaya düşərək ŞƏHİD OLDU
Daxili Qoşunların Şuşa istiqamətində şəhid olan çavuşu
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Polad Həşimovun "sən mənim səngərdə böyüyən zabitimsən" dediyi şəhid - VİDEO
Polad Həşimovun şəhadətindən sonra orduya yazılan şəhidimiz - FOTO
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
Pusquya düşsə də son nəfəsinəcən vuruşan cəsur kapitan
Bütün kəndin həsrətlə yolunu gözlədiyi Orucun ŞƏHİD XƏBƏRİ GƏLDİ
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
Daxili Qoşunların Füzuli uğrunda şəhid olan baş çavuşu - FOTO
Döyüş yoldaşlarını mühasirədən xilas edib özü şəhid oldu - Video
Şuşa belə azad edilib: Gecə xüsusi təyinatlılarımız meşəlikdən şəhərə daxil olub