“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA
23-01-2021, 21:54
72

“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA

Ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra onunla əlbir olan və qanunsuz maliyyə alan media rəhbərlərinin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. Belə ki, Vüqar Səfərlinin qeyri-qanuni və saxta yollarla maliyyə ayırdığı media qurumları rəhbərlərinin də həbsi tələb edilir.
Məsələ ilə bağlı səsləndirilən fikirləri şərh edən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu məsələ bir az fərqlidir: “Çünki Vüqar Səfərlinin əməlində cinayət tərkibi olduğu məlumdur. O, ayrılan vəsaiti özününküləşdirərək mənimsəyib. Dövlət maliyyəni mətbuata yardım və dəstək məqsədi ilə ayırıb və bu iş də Vüqar Səfərliyə həvalə olunub. Əgər ödənilən pullarda qeyri-qanunilik yoxdursa, maliyyə alanların heç bir günahı yoxdur. Məsələn, mənim qəzetim varsa və ona KİVDF maliyyə ayırıbsa, günahım nədir? Əgər hər hansı mətbu orqan fonddan dəstək almaq üçün üzərinə düşən vəzifəni icra etmədən pul alıbsa, onun barəsində də cinayət işi başlaya bilər”.
Partiya sədri əlavə edib ki, KİVDF hər mətbuat orqanına maliyyə ayırmırdı: “Məlum olan öhdəlik və vəzifələr var idi. O öhdəliyə uyğun gələn media qurumuna maliyyə dəstəyi verilirdi. Bu, tiraj və oxunma sayı, ictimai rəyə təsiretmə ola bilər. Bu nüanslar olmadan kimlərəsə maliyyə ayrılıbsa, onlar da cinayət məsuliyyətinə cəlb edilə bilər. Düşünürəm ki, Vüqar Səfərliyə cinayət işi açılıbsa, Əli Həsənov da məsuliyyətə cəlb edilməlidir. Çünki bu mexanizmin başında məhz o dayanırdı. Və zamanla bu məsələ öz həllini tapmalıdır. Əgər aşağıdakılar tutulub, bu işlərin başında duran insanlar azadlıqda gəzərsə, bu həbslərin heç bir effekti olmayacaq. Əli Həsənov və bu mexanizmdə iştirak edən insanlar da həbs edilərsə, bu, cəmiyyətdə müsbət rəy yarada bilər. Yəni əməlində cinayət tərkibi olan hər kəs həbs edilməlidir”.  /Konkret.az

Oxşar xəbərlər

"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Əli Həsənov Azərbaycana gətirildi
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Vüqar Səfərlinin mənimsədiyi milyonlar...
Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas Səfərli ilə davasından danışdı
Vüqar Səfərli apelyasiya şikayəti verməkdən imtina etdi
"Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər” - ŞOK AÇIQLAMA
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Vüqar Səfərli həbs olundu, bəs Vüqar Behbudov? - Əgər belə davam edərsə...
Vüqar Səfərli həbs olundu – RƏSMİ AÇIQLAMA
Əli Həsənov daha bir media rıçaqını itirir
Vüqar Səfərli ev dustaqlığına buraxılacaq? - Məhkəməyə müraciət edildi
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Mərkəzi Bankın sədri Milli Məclisə gəldi - 4 məsələ müzakirə olunur
“Xərcəngdən dünyasini dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Vüqar Səfərlini 14 ilədək həbs cəzası gözləyir
Əli Həsənovdan 26 milyon manatı geri qaytarmaq tələb olunub
Vüqar Səfərli Əli Həsənovu "baqaja qoyacaqmı"? - O, həbsindən az əvvəl “mənlik nə var ki” deyirmiş...
“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
Əli Həsənov obyektini 3 milyona satışa çıxarıb