“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döydülər
24-01-2021, 09:14
56

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döydülər

Bir neçə gün öncə Minsk şəhərinin mərkəzində belarus kriminalitetinin  “xaç atası” sayılan “Saşa Kuşner” ləqəbli “qanuni oğru” Aleksandr Kuşner vəhşicəsinə döyülüb. Hadisə Belarusun 1 nömrəli avtoritetinin nüfuzunu itirməsinə gətirib çıxarıb. Avtoritetin döyülməsi kriminal aləmdə yeni müharibələrin başlanmasına səbəb olacaqmı?
Lenta.ru saytı yazır ki, “Şaşa Kuşner”in ictimaiyyət önündə bu cür alçaldılması onun oğru tituluna, cinayətkar aləmdə lider mövqeyinə, nüfuzuna ağır zərbə vura bilər. Bu ərəfədə isə Minskdəki istintaq təcridxanasından yenicə azadlığa çıxan kriminal aləmdə“Lavasoğlu” ləqəbi ilə tanınan gürcü avtoritet Mindiya Qoradze özünü faktiki olaraq Belarus kriminalının  kuratoru elan edib.
Xatırladaq ki, vaxtilə Moskvada həbs olunan “Şaşa Kuşner” azadlığa çıxan kimi Rusiyada qalmayaraq Türkiyəyə yollanmış,  İstanbulda yaşayan kriminal avtoritet “Lotu Quli”yə sığınaraq ona biət etmişdi.
Yanvarın 17-də yaşadığı evin həyətində arvadı ilə birgə itini gəzdirən “Saşa Kuşner” ə hücum edilib. Bir neçə nəfər avtoritetin üstünə cumaraq onu təpikləməyə və dəmir dəyənəklərlə döyməyə başlayıblar. Məlum olub ki, avtoriteti vəhşicəsinə döyərək ona xəsarət yetirənlərə kriminal aləmdə “Şults” ləqəbi ilə tanınan, oğru tituluna iddialı olan  Aleksandr Şulbert başçılıq edib. “Saşa Kuşner”ə hücum etdiklərini və onu döydüklərini sübut etmək üçün hətta bunu videolentə də alıblar. Hadisə şahidləri bildirilər ki, həmin vaxt zərərçəkmişin üzərində bıçaq olsa da, bundan istifadə etməyə macal tapmayıb. Deyilənlərə görə, guya “Saşa Kuşner”i döyərkən arvadından polis çağırmasını tələb edib. “Qanuni oğru” üçün hakimiyyət nümayəndəsi, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istənilən əlaqə “oğru dünyasının qanunları”nın pozulması və oğru titulundan məhrum edilməsi üçün əsas hesab olunur.
Ümumiyyətlə, “Şults” “Saşa Kuşner” i çoxdan hədələyirdi. “Şults”un iddiasına görə, Kuşner ona və digər avtoritetlərə qarşı münasibətlərdə özbaşına qərarlar qəbul edib.
 “Saşa Kuşner” 1990-cı illərdə Serqey Morozovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub. 2011-ci ildə kriminal aləmin xaç atası hesab edilən “Ded Xasan” tərəfindən taclandırılıb.
“Şaşa Kuşner” iki belarus “qanuni oğru”su - Aleksandr Timoşenko (Timoxe) və Dmitri Qaleyevə (Qaley) zidd olaraq taclandırılmışdı. Adları çəkilən şəxslərin hər ikisi “Ded Xasan”ın  gürcü oğru klanından olan opponentlərinə yaxınlaşıblar. Belarusun daxili işlər nazirliyinin korrupsiyaya qarşı mübarizə baş idarəsinin keçmiş rəis müavini  Vladimir Tixin isə Kuşnerin himayəçisinə çevrilib. Bir sözlə, Belarusun cinayət aləminə “Saşa Kuşner” tək başçılıq edib.
Tac qoymadan dərhal sonra gürcü əsilli avtoritetlər buna etiraz ediblər. Amma oğru dünyasındakı bu konflikt tez bir zamanda öz həllini tapıb. Həmin ərəfədə İspaniyadan yenicə qayıdan “qanuni oğru”, hazırda Rusiyanın cinayətkar aləminin lideri sayılan “Şakro Molodoy” Kuşnerin oğru səlahiyyətlərini yenidən dayandırıb.
Lakin azərbaycanlı “qanuni oğru”, ötən il avqustun 20-də Türkiyədə qətlə yetirilən “Lotu Quli”yə sığınan, ona biət edən Kuşner yalnız həmin mühitdə faktiki olaraq “qanuni oğru” kimi qala bilib.
Kuşnerin həyatındakı qara zolaqlar iki il öncə başlanmışdı. Onun kriminal avtoritetlər - “Dodo”, “Nemts”və “Şults”la münasibətləri korlanmışdı. “Saşa Kuşner”onların böyümələrindən ehtiyatlanır, özündən kənarlaşdırır, “bratva”nın gözündən salmağa çalışırdı.
Bunun cavabında isə Kuşnerlə hesablaşmaq qərarına gələn “Şults” ona sui-qəsd planı hazırlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Şults”un niyyətinin ciddiliyini anlayaraq baş verəcək böyük kriminal müharibədən ehtiyatlanıb. Çox keçməyib ki, “Şults” qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbsə göndərilib. Kuşner “Şults”un uzun müddət həbsdə oturacağını güman edib. Lakin ölkə prezidentinin imzaladığı amnistiya qərarına əsasən “Şults”un cəzası azaldılıb və bir il sonra həbsdən buraxılıb.
“Qanuni oğru”olmaq üçün “Şults” öz hədəfinə doğru ardıcıllıqla hərəkət edib, həbsxanada cəza çəkərkən özünü yaxşı tanıdıb. “Saşa Kuşner” onu Belarusa “nəzarətçi” təyin edib. Sonradan “Boqdan” ləqəbli kriminal avtoritet onu əvəz edib. 2019-cu ildə Kuşnerin “Dodo” və “Nemts”lə münaqişəsi yarandıqda “Şults” onların tərəfini dayanıb.
Eyni zamanda gürcü klanı Kuşnerlə məsələni həll edəcəyi təqdirdə “Şults "a oğru titulu söz veriblər. Həmçinin, “Şults”un namizədliyi cinayətkar aləmdə hamını qane edib. Düzdür, onun oğru titulu özünü Belorusun cinayətkar dünyasının xarici kuratoru elan edən, 39 yaşlı gürcü əsilli “Lavaşoğlu” ləqəbli “qanuni oğru” Mindi Qoradzenin mövqeyindən də asılı olacaq.
Minsk türməsində il yarım cəza çəkən “Lavaşoğlu” həbsxanada öz prinsipiallığı ilə yaxşı yadda qalıb. O, etiraz əlaməti olaraq iki dəfə ağzını tikib. Paralel olaraq “qanuni oğru” Belorusun cinayətkar aləmində nələr baş verdiyini də yaxşı anlayıb. Ona görə də bütün fikir ayrılıqlarına son qoymaq qərarına gəlib. O, özünü ölkənin yeganə “qanuni oğru”su elan edib. /Virtualaz.org

Oxşar xəbərlər

Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
“Lotu Quli”nun varisi elan edildi...
"Lotu Quli"nin öldürülməsi ilə bağlı tibbi ekspertizanın ilkin nəticələri
“Qanuni oğru” döyülərək ÖLDÜRÜLDÜ
“Lotu Quli”nin nəvəsi oldu
Qanuni oğru həbsxanadan çıxıb dəlixanaya düşdü-FOTO
“Lotu Quli”nin nəzarət etdiyi sahələr bölü,dürüldü
“Lotu Quli”nin qətlinin sifarişçiləri saxlanıldı
Afaq Aslan Lotu Qulidən danışdı: “Ağırdır...”
Lotu Qulinin rəqibi azadlığa çıxır: Kriminal dünyada yeni fırtına-VİDEO
“Lotu Quli”nin qatili onun videosunu “Qara Qafur”un qohumuna niyə göndərib...
Afaq Aslan "Lotu Quli"dən yazdı: "Bilənlər bilir onun ürəyini ... "
“Lotu Quli”nin məzarı üstündə atışma - Ölən var
"Lotu Quli" dəfn edilir - FOTO
“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı - VİDEO
Lotu Qulini öldürən Xan bu hala salındı - Foto
Məşhur “qanuni oğru” mübahisə yaratdı – Təyyarənin uçuşu dayandırıldı
“Qanuni oğru“ “Vadik Belıy“ öldü
Lotu Quli Türkiyədə qətlə yetirildi - Dostu başına 4 güllə vurdu
Lotu Qulinin qardaşı qanlı qarşıdurmanın qarşısını aldı - VİDEO
“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin ƏSL SƏBƏBİ
“Qanuni oğru” həbsxanada döyüldü: Məhbuslardan gizli yemək yeyib
“Mən siyasətlə məşğul deyiləm, öz ideyam var: ədalət və təmizlik...” – Lotu Quli
Lotu Qulinin qatili türk polisi tərəfindən həbs edilib
Qulinin varisi olan qardaşı: - kompromisə meylli, amma..
Lotu Qulinin qardaşı hücuma keçdi: Kriminal aləmdə iki "qoçu"nun başı bir qazanda qaynayacaqmı?
Lotu Quli harada dəfn olunacaq?
"Lotu Quli"nin ölümünə görə daha bir nəfər SAXLANILDI
“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var