Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA
25-01-2021, 10:10
97

Arif Qasımov özünə varis hazırlayıbmış... - İDDİA

...Artıq 6 ay 14 gündür ki, Bakının əsas sənaye rayonlarından olan Nizami rayonunun İcra Hakimiyyəti baş(çı)sızdır. Hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev 11 iyul 2020-ci ildə Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Arif Əliyev faktiki olaraq işdə yol verdiyi fəaliyyətinə görə bu vəzifədən kənarlaşdırılıb. Rayon sakinləri də bilir ki, uzun illər Nizami rayon Bələdiyyəsinin sədri işləmiş A.Qasımov rayonda satmadığı yaşıllıq və boş ərazi qoymadı. Sonuncu dəfə də "Su çanağı suda sındığı kimi", Arif Qasımov da H.Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami rayonunda düzəldilmiş yaşıl həyət-istirahət meydanı parkının içərisində çayxana adı altında restoran tikilməsinə sərəncam vermişdi. "Təzadlar"a daxil olan məlumatda bildirilirdi ki, həmin çayxananın sahibi A.Qasımova 100 min manat pul veribmiş. Həmin restoran isə hamının gözü qarşısında sökülüb, Prezidentin təbirincə desək, cəhənnəmə göndərilmişdi.
Xatırladırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Arif Adil oğlu Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalamışdı. A.Qasımov bundan əvvəl isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində olmuşdu.
Amma maraqlıdır ki, A.Qasımovun bu vəzifədən qalmaqalla çıxarılmasından 6 aydan çox vaxt ötsə də, hələ də Nizami rayon İH-nə yeni başçı təyin edilməyib. Bu isə, təbii ki, idarəetmədə ciddi çətinliklər və boşluqlar yaratmaqdadır.
Adının çəkilməsini istəməyən mənbənin elektron poçtumuza göndərdiyi məlumatda bildirilir ki, "...Arif Qasımovun öz yerinə təyin etdirmək istədiyi şəxsi isə (məlum səbəbdən adını yaza bilmədik.Red.) Bakı şəhər İH başçısı Eldar Əzizov və Prezident Adminstrasiyasının rəhbərliyi qəbul etmir".
Beləcə, Bakının Nizami rayonu hələ də yeni icra başçısına həsrətdir.
//tezadlar.az//

Oxşar xəbərlər

Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
“Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — FOTOLAR
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
"Lakin müraciətlərim nəticəsiz qalıb..." - GİLEY
Nizami rayon İcra başçısı Arif Qasımov vəzifədən gedir?
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
İcra başçısının həbs müddəti artırılır
Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi
Prezident icra başçısını işdən çıxardı
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi - SİYAHI
Metronun “8 Noyabr” stansiyasına rəis təyin edildi
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA