Yevlax İcra Hakimiyyətinin inzibati binasında oğurluq olub.
Reportaj.tv-yə rayondan verilən məlumatda deyilir ki, Yevlax Rayon icra hakimiyyətinin başçısı Anar Tağıyevin küllü miqdarda pulu oğurlanıb. Başçının köməkçisinin otağından 50 min manat yoxa çıxıb. Hadisə ilə bağlı rayonda böyük ajiotaj yaranıb. Dərhal şübhəli şəxslərin axtarışına başlanıb. Pulları götürən şəxs ehtiyyatlı davransa da kameralara yaxalanıb və şəxsiyyəti müəyyən edilərək həbs edilib. Rəhbərliyin halal pulunu çırpışdıran şəxs elə İcra Hakimiyyətinin öz işçisi olub. Memarlıq şöbəsinin mütəxəssisi Elnur Məmmədov günahını etiraf edib. Cinayətin üstü açılsa da icra başçısının tapşırığı ilə hadisənin ictimaiyyətə sızmasının qarşısının alınması üçün möhkəm tapşırıq verilib. Bunun isə səbəbləri var. Əvvala hadisənin özü və cinayətin törədilməsi suallar doğurur. İlk əvvəl o ağıla gəlir ki, icra başçısının müavini olan Ceyhun Kərimxanovun kabinetində bu boyda nəğd pul haradandır? Son zamanlar belə iri həcmdə olan pulları ancaq Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi rüşvətxor icra başçılarının və müavinlərinin otağından çıxarılarkən görmüşük. Məlum olmuşdu ki, icra başçıları işsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb ediblər, əməkhaqqı kartlarına köçürülən pulları mənimsəyiblər. Bundan əlavə, onlar rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərini də ələ keçiriblər. Eləcə də rayonda yeni inzibati binaların tikintisinə ayrılan dövlət vəsaitlərini dədə malı kimi həzmi rabedən keçirmişdilər. Həbs edilən başçılar və müavinləri həm də tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pullar almışdılar. Bura fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan aldıqları vəsaitlər də daxil idi. Görəsən Yevlax İH-də oğurlanan pulların mənşəyi haradandır? Əgər İcra Hakimiyyəti bu məlumatın gizli qalmasını istəyirsə demək bu oğurluq pulun da mənşəyi naməlumdur. Mənbənin bildirdiyinə görə Elnur Məmmədov pulun mənbəyindən xəbərdar imiş. Yəni pulun hansı iş adamından , hansı şəraitdə, nə səbəbə alındığını bilirmiş. Fikirləşib ki, rüşvət pulu olduğu üçün oğurluğun üstü açılsa belə ona söz deməyə cürət etməzlər. Ancaq görünür ki, memarlığın mütəxəssisi yanılıb. Biri var çertyoj cızasan,biri də var oğurluq edəsən. Bacarmadığı işdən yapışıb deyə özünü yandırıb. Əvvəlcə Yevlax Rayon Məhkəməsi Elnur Məmmədov haqqında həbs qəti imkan tədbiri seçmək istəməyib. Amma sonra Apelyasiya şikayətindən sonra Elnur Məmmədov haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Hər bir halda bütün bu işlər kiçik bir rayonda böyük söz-söhbətə səbəb olub. İndi gözləyək Yevlaxdan rəsmi şəxslərin rəsmi açıqlamasını. Yoxsa adamın gümanı çox yerlərə gedir.
İcra başçısının otağından 50 min pul oğurlandı: Yevlaxda görünməmiş olay-VİDEO
25
yanvar
16:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısının həbs müddəti artırılır
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verildi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
İcra başçısının müavini koronavirusdan öldü
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Prezident icra başçısını işdən çıxardı
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Sabiq icra başçısının həbs müddəti uzadıldı
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
- Depressiyadan qurtulmağın 3 əsas yolu
- “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib
- Bu qız ömrü boyu bir dəfə də gülümsəməyib
- Bu ilin trend olan ətək modelləri
- Məşhur müğənni mərhum anasının yerinə Həccə getdi
- Dırnağı niyə yeyirlər? - Bu vərdişdən necə qurtulmaq olar?
- Həyatımızı məhv edən tıxaclar – PSİXOLOQ NƏLƏR DANIŞDI?
- Çiyələyin məhsuldarlığını necə artırmaq olar? - Çox sadə
- Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - Əhaliyə XƏBƏRDARLIQ
- Yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO
- Hər yeməyin yanına yaraşan Gavurdağı salatı
- Əfqanıstanda məsciddə terror aktı törədildi
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Almaniyanın məşhur rok qrupu dağılır
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar