Yaxın vaxtlarda toyların keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA
26-01-2021, 13:32
276

Yaxın vaxtlarda toyların keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların sayı 50-yə düşüb. Ölənlərin sayında azalmalar müşahidə olunur. Bundan əlavə yanvarın 18-dən də ölkə ərazisində koronavirus əleyhinə peyvəndlənmə başlayıb. Yoluxma sayı azaldığına görə Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi? 
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Kamilə Əliyeva bildirib ki, çox sevindirici haldır ki, artıq son günlərdə yoluxmaların sayında xeyli azalma müşahidə edirik: "Eyni zamanda ölənlərin sayında da azalmalar müşahidə olunur. Lakin biz bu rəqəmlərə arxayın olmamalıyıq. Çünki bu azalma müvəqqəti də ola bilər. Buna görə də insanlarımız ehtiyatı əldən verməməlidir. Biz növbəti 2 həftə ərzində bu rəqəmləri izləməliyik. Bilirsiniz ki, bir aya yaxın sərt karantin şəraitində olduq. Son bir neçə gündə yumşalmalara gedilir. Yumşalmalardan sonra yenidən artımın olacağı istisna deyil.
Bilirsiniz ki, yanvarın 25-dən bərbərxanalar, gözəlik salonları və rayonlara gediş-gəliş bərpa edildi. Fevralın 1-dən də kafe və restoranların açılması gözlənilir. Ona görə də ehtiyatı əldən verməmək və 3 qızıl qaydaya əməl etmək lazımdır. Yəni sosial məsafəni saxlamaq, sanitar-gigyenik qaydalara əməl etmək və maska qaxmaq. Bu qaydalara əməl etmək bizim həyat tərzimiz olmalıdır".
Deputat qeyd edib ki, arxayın olmamalıyıq. Yoluxma sayı 50-ə düşübsə, maska taxmamamaq, sosial məsafəni qorumamamaq və yaxud toy-yas mərasimlərinin keçirilməsi kimi düşüncələrə qapılmamaq lazımdır:
"Bunlar mərhələli olmamalıdır. Hətta, təhsildə belə mərhələli şəkildə yumşalmalara gedilir. Fevralın 1-dən ibtidai siniflər üçün ənənəvi dərslər qismən bərpa edilir. Digər 5-9 və 9-10-cu siniflər üçün ənənəvi təhsil bərpa ediləcəyi ilə bağlı araşdırmalar aparılır. Bundan əlavə yeraltı nəqliyyat olan metro da açılacaq. Bütün bunlar yoluxmanı artıran amillərdir. Digər tərəfdən bilirik ki, peyvəndlənməyə də başlanılıb. Amma bu demək deyil ki, peyvəndlənən şəxslər sabah koronavirusa yoluxma ehtimalı yoxdur.
Bədəndə immunitetin yaranması üçün müəyyən vaxtın keçməsi lazımdır. Ona görə də aprel-may ayına qədər toy və yas mərasimlərinə qoyulan qadağa uzadıla bilər. Ümimiyyətlə o vaxta qədər toy və yas mərasimləri keçirmək olmaz. Çünki gündəlik yoluxanların dinamikasına baxmaq lazımdır.İzləməliyik ki, növbəti iki həftə ərzində dinamika necə olacaq. Orta və ali məktəblərdə təhsil bərpa olunandan sonra gündəlik yoluxanların sayı artmasa, ondan sonra toyların, yasların keçirilməsinə icazə verilə bilər. Bu məsələ ilə bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Əlbəttə, suistifadə hallarına yol verilməməlidir. Hələki, biz ehtiyyatı əldən verməməliyik".

Oxşar xəbərlər

Toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və “Mall”ar açılacaq – AÇIQLAMA
Əgər 10 gün sonra ölənlərin sayında azalma olmasa...- Tanınmış həkim
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
SMS icazə ilə bağlı açıqlama: Yanvarın 18-nə kimi...
Azərbaycanda bir həftə çölə çıxmağa qadağa qoyula bilər...
Toyların başlaması ilə bağlı mühüm açıqlama: Şadlıq saraylarında son durum
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Komendat saatı ləğv olunur: SMS icazə gəlir?
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər (AÇIQLAMA)
"Toylara dərhal icazə verilməlidir, yoxsa..." - Həkim detalları açıqladı
Yanvarın 18-dən sonra karantin rejimi yumşaldılacaq - “İnsanlar qaydalara ciddi riayət edirlər“
Dekabrın 31-də "SMS icazə" sistemi ləğv ediləcək? - AÇIQLAMA
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
Azərbaycanda 7 gün sonra məktəblər açılır?
Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər
Azərbaycanda 2 həftəlik ən sərt qadağa olacaq? - AÇIQLAMA
Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? - Operativ Qərargahdan AÇIQLAMA
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Dekabrın 24-dən sonra Azərbaycanda ən yüksək yoluxma
Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - Deputatdan AÇIQLAMA
Böyük Britaniyada koronavirusdan ölənlərin sayında azalma müşahidə olundu
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Karantin buna görə uzadıldı - Baş infeksionistdən açıqlama
Gələn həftə kafelər açılır? – Baş infeksionistdən açıqlama
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama